Bizi izləyin

Ölkə futbolu

Robert Prosineçki: "Diqqətli oynasaq, uğur bizimlə olacaq"

“Xorvatiya ilə oyundan sonra bizi burda çətin gör&…

blank
“Xorvatiya ilə oyundan sonra bizi burda çətin görüş gözləyir”. Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
 
Millimiz Avro-2016-nın seçmə qrup mərhələsi çərçivəsində sabah Malta yığması ilə üz-üzə gələcək. Qarşılaşmanın keçiriləcəyi Ta Qali stadionunda oyun öncəsi təşkil edilən mətbuat konfransında Prosineçki sözlərinə bu sözlərlə davam edib:
 
“Maltanın İtaliyaya qarşı son oyununu izləmişəm. İtaliyaya qarşı uğurlu oyun keçirdilər. İtaliya çətinliklə bir qol vurub qələbə qazandı. Yenə deyirəm ki, öz oyunçularımla fəxr edirəm. Onlar peşəkardılar. Xorvatiya ilə görüş artıq geridə qalıb. Əminəm ki, komandam sabah da əlindən gələni edəcək ki, evə uğurlu nəticə ilə qayıdaq”.
 
– Yığmamızın artıq 3-cülük uğrunda mübarizədən kənarda qalması futbolçularda psixoloji gərginlik yaratmır?
– Təəssüf ki, Azərbaycan yığması seçmə mərhələyə çox pis başladı. Şansımız az olmasına baxmayaraq, hər oyuna ciddi hazırlaşırıq. Futbolçularda özünəinam var. Futbolçular nəyə qadir olduqlarını bilirlər. Onların uğurlu çıxışı Azərbaycan futboluna yardımdı.
 
 
– Xorvatiya ilə oyunla müqayisədə start heyətində dəyişiklik olacaqmı?
– Həmişə heyəti açıqlayıram. Start heyətində Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Cavid Tağıyev, Ruslan Qurbanov, Əfran İsmayılov yer alacaq.
 
Eddi İsrafilov La Liqada çıxış etməsinə baxmayaraq, ona start heyətində şans vermirsiniz. Onun hazırlığından razı deyilsiniz?
– Eddi “Eybar”da hələ heç bir oyunda iştirak etməyib. 15 gün zədəli oldu. Eddi zədəsini artııq tam sağaldıb. Amma fiziki cəhhətdən tam hazır deyil. Onun hansı formada olduğunu görmək üçün çağırmışam. Sabah ona daha çox şans verəcəm. Bilirəm ki, yaxşı futbolçudu. Yaxşı formada olanda milliyə kömək edə bilər. Təəssüf ki, indi yaxşı formada deyil.
 
– Hava durumunun oyununuza hansısa təsiri ola bilərmi?
– Bakıda da hava istidi. Amma burda daha çox istidi. Məşqi oyun saatı ilə eyni vaxta saldım. Bunları bəhanə edə bilmərik. Çıxıb oynamalıyıq.
 
Pavel Paşayev klubunda start heyətində yer alır. Onunla bağlı hansı planlarınız var?
– Sizinlə tam razı deyiləm. Klubunda həmişə oynamır. Ancaq son turda oynayıb. Pavel maraqlı oyunçudu. Ona görə də, onu dəvət edirəm. Amma mən hələ Məhəmməd Mirzəbəyova şans verirəm. Çünki o yaxşı formadadı. Pavelin də şansı olacaq. Pavel Norveçlə oyuna zədəli durumda gəlmişdi. Təəssüf ki, oynada bilmədik. “Şaxtyor”a qarşı oyunu izləmişəm. Orda 8 nəfərlə müdafiə olunmuşdular. Milli müdafiə futbolu oynamır. Hətta qol vurmaq imkanı da oldu. Ona da gələcəkdə şans verəcəyik.
 
Sabah Malta qələbə qazansa, 4 xalı olacaq. Bu, sizdə təzyiq yaratmır?
– Uduzsaq da, 1 xal öndə olacağıq. Heç bir təzyiq yoxdu. Futbolçularıma güvənirəm. Çalışacağıq sabah qələbə qazanaraq, fərqi artıraq.
 
– Malta yığmasının hansısa oyunçusunun adını çəkə bilərsiz?
 – Rəqibin İtaliya ilə oyununu dəyərləndirmişəm. Onlarda maraqlı oyunçular var. Amma mən öz oyunçularıma diqqət yetirirəm. Diqqətli oynasaq, uğur bizimlə olacaq. (Apasport.az)
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm