Bizi izləyin

Müsahibə

Qriqorçuk: “Kiçik möcüzəyə imza atmışıq”

“Qəbələ”nin baş məşqçisi Roman Qiroqrç…

blank
“Qəbələ”nin baş məşqçisi Roman Qiroqrçuk Odessada keçirdikləri təlim-məşq toplanışı çərçivəsində “Çernomorets”lə oyundan öncə yerli telekanalın qonağı olub. Futbolinfo.az ukraynalı mütəxəssisin Azərbaycanla bağlı müsahibəsinin mətnini təqdim edir.
– Nəyə görə məhz Odessada “Çernomorets”ə qarşı oynamağı qərara aldınız?
– Burdakı ab-hava mənə yad deyil. Əvvəlcədən bilirdim ki, yoxlama görüşü olsa da, kifayət qədər azarkeş qarşısında oynayacağıq. Meydanın ot örtüyünün də əla olması qərarımda sonuncu rolu oynamadı.
– Azərbaycanlılar bu qərarınıza necə reaksiya verdi?
– Deyərdim ki, gözlədiyim kimi, düzgün reaksiya verdilər. Onlar yüksək səviyyəli peşəkarlardı. Fikirlərimiz üst-üstə düşür. Başa düşürlər ki, komanda inkişaf etməlidi. İki həftə oynamamağın mümkünsüzlüyünü onlar da gözəl başa düşür. Baxmayaraq ki, müxtəlif yığma komandalara əsas heyətimizin 8 futbolçusu dəvət alıb, rənglərimizə yeni qatdığımız və əvəzedici komandadan bir neçə oyunçunu sınamaq şansı qazanmışıq.
– Qəbələdəki vəziyyət, stadionun tutumu barədə məlumat verərdiniz?
– Qəbələ kiçik şəhərdi və belədə, iritutumlu stadionun olması mümkünsüzdü. 4 minə yaxın azarkeş tutur. Çempionat oyunlarını həmin stadionda keçiririkvə tribunalar dolu olur. Avrokuboklara gəlincə, UEFA-nın tələblərinə uyğun olaraq, daha iritutumlu stadionda oynayırıq. Matçlarımızı “Bakcell Arena”da keçiririk. Çox yaxşı stadiondu və məni tam qane edir.
– Avropa Liqasının qrup mərhələsinə yüksəldiniz. Qəbələdə sizi necə qarşıladılar?
– PSV-ni keçdikdən sonra Odessada azarkeşlərin bizi gecə saatlarında qarşıladıqları anları heç vaxt unutmaram. Amma Qəbələdə qrupa düşməmişdən, hələ Yunanıstana yollanarkən bizi yola salmağa gəlmişdilər. Həmçinin də qayıdarkən aeroprtda bizi qarşılamağa gəlmişdilər. Oranın insanları olduqca səmimi və istiqanlıdılar.
– Avropa Liqasında Gürcüstan, Serbiya, Kipr və Yunanıstan klubları ilə qarşılaşdınız. Ən çətin rəqib kimi hansını göstərərdiniz?
– Bizim üçün bütün rəqiblər çətin idi. Başa düşürəm, 4 mərhələ keçərək, qrupa düşən ilk komanda biz deyilik. Amma kollektiv yenidən yığılmışdı. İyunun 21-də toplaşmışdıq. Futbolçular müxtəlif vəziyyətdə gəlmişdilər. Elələri var idi ki, yarım il idi futbol oynamırdılar, bəziləri bərbad formada idi, digərləri komandaya bundan da geç qoşulmuşdu. Deyərdim ki, turnir gedişatında forma yığırdıq. Hesab edirəm ki, indi bizə daha asan olmalıdı. Çünki funksional durumumuz, istədiyimiz fəlsəfəni oyunçulara çatdırmaq üçün zamanımız olub. Hazırda məqsədimiz yeni cəlb olunan futbolçulara bunu aşılamaq olacaq.
– “Çernomorets”lə 1/16 finaladək irəliləmişdiniz. “Qəbələ”ylə artıq qrup mərhələsindəsiniz və əminəm ki, bu, son deyil. Kartlarınızı açın, bu uğura necə nail olursunuz?
– Həqiqətən böyük uğurdu. Demirəm, tarix yazdıq. Sadəcə, yeni yığılmış komandayla belə nəticəni əldə etmək üçün hamımız bir nöqtəyə vurduq. Futbolçulara göstərdikləri hünərə görə təşəkkürümü bildirirəm. Rəhbərlik istədiyimiz bütün oyunçuları aldı, hazırlıq üçün hər cür şərait yaratdı. Dəqiq bilirəm ki, rəhbərlik bu nəticəylə kifayətlənmək fikrində deyil. Onlar yolumuzu davam etməyimizi istəyir. Bəli, kiçik möcüzəyə imza atmışıq. Ancaq hesab edirəm ki, soyuqqanlı olmaq lazımdı. Soyuq başla hər şeyi təhlil etmək gərəkdi. Hazırki məqsədimiz bu səviyyəni qorumaq olmalıdı. 
– Əsas diqqətinizi daxili yarışlara, yoxsa Avrokuboklara yönəldəcəksiniz?
– Belə düşünmək günah olar. Allah bizə yardımçı oldu ki, bu səviyyəyə çatdıq. İndi hansısa turnirdən imtina etmək? Yox, bunu ağlımdan keçirmirəm və inanıram ki, nə futbolçular, nə də çalışdığım insanlar bu barədə düşünmürlər. Futbola dürüst münasibət lazımdı. Bütün iştirak etdiyimiz yarışlarda canımızı qoyacağıq ki, qarşımıza qoyulan məqsədlərə çataq.
– Qrupdakı rəqibləriniz kifayət qədər güclüdü: “Borussiya”, PAOK və “Krasnodar”…
– Qrupa vəsiqə qazanan bütün komandalar bizim üçün çətindi. Səbətlərə bölgü məlum olduqdan sonra püşkün nəticələri bizi nə sevindirə, nə də kədərləndirə bilərdi. Hansı rəqiblə qarşılaşacağımızın mənim üçün heç bir fərqi yox idi. Çünki bilirdik ki, 1 top-komanda və 2 Avropanın sanballı ortabab kollektivi ilə qarşılaşacağıq. Almaniya nəhngi ilə üz-üzə gələcəyimizə görə sevinirəm. “Krasnodar”ı yaxşı tanıyıram. Baş məşqçilərini də tanıyıram, seleksiya işləri ilə məşğul olan qrupu da. PAOK da “Panatinaikos”la eyni çempionatda oynayır. Yəni Yunanıstan klublarının səviyyəsini artıq görmüşük. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq, amma hər biriylə görüşdə cüzi olan şanslarımızdan yararlanmağa çalışacağıq.
– Komandanızda ab-hava necədi?
– Əla! Əmək sərf edib, nəticəsini gördükdə, futbolçular da ruhlanır. 
– Şəxsən sizə “Qəbələ” karyeranız nə verdi?
– Təcrübəm artdı. Bu gün də öyrənirəm. Çox düşünməli olurdum. Amma bunun bəhrəsini görmək çox sevindiricidi.
Hazırladı CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm