Dünya futbolu
24-dən 4-ü və debütant
Dünən Avropa Çempionatının seçmə oyunları (A&C…
Dünən Avropa Çempionatının seçmə oyunları (AÇ-2016) çərçivəsində keçirilən qarşılaşmalardan sonra daha 2 milli komanda final vəsiqəsini təmin etdi. Futbolinfo.az xəbər verir ki, A qrupunda yer alan İslandiya və Çexiya gələn il Fransada təşkil olunacaq turnirin iştirakçısı olacaq.
Bununla da, çexlər ardıcıl 6-cı dəfədi ki, AÇ-də iştirak edəcək. 1993-cü ildə müstəqilliyini elan edən slavyanlar o zamandan bəri iştirak etdikləri bütün qitə turnirinə qatılmağa müvəffəq olublar. İslandiya yığması isə mövcud olduğu 69 il ərzində ilk dəfə hansısa böyük turnirdə iştirak edəcək. Skandinaviya təmsilçisi qitə yarışının 56 illik tarixi ərzində yarışda iştirak edənlər arasında ən az əhaliyə malik ölkədi. Belə ki, adıçəkilən ölkənin 315,281 əhalisi var.
Qeyd edək ki, gələn il Fransada keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək 24 komandadan artıq 4-ün adı bəllidi. Çexiya, İslandiya və meydan sahibi Fransadan başqa, İngiltərə də bu yarışında iştirak hüququ qazanıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Ölkə futbolu2024-04-29 14:17
II Liqada 23-cü turun təyinatları müəyyənləşdi