Ölkə futbolu
“Neftçi”dən göndərilən məşqçi Sadıq Sadıqovun klubunda!
Ötən mövsüm U-19 liqasında yaxşı nəticələr g&oum…
Ötən mövsüm U-19 liqasında yaxşı nəticələr göstərməsinə rəğmən, “Neftçi” baş məşqçi Azər Bağırov və onun köməkçisi Elmar Baxşıyevlə yollarını ayırdı. Düzdü, Baxşıyevə qalıb, U-15 komandasında işləmək təklif olundu. Amma millimizin sabiq üzvü “Qəbələ”dən gələn iş təklifinə “hə” dedi. Bağırovun AZAL-ın əvəzedici heyətini çalışdırmaq variantı isə son anda alınmadı.
Futbolinfo.az saytının məlumatına görə, PRO lisenziyalı gənc məşqçinin işsiz günləri artıq başa çatıb. O, Sadıq Sadıqovun rəhbərlik etdiyi "Neftçi İdman Klubu”nda səlahiyyətli post tutub. Aşağı yaş qrupları üzrə bütün komandaların rəhbəri təyin olunan Azər bəy gənc məşqçiləri də öz ətrafında birləşdirib.