I Liqa
Ölkə futbolunda yeni “qoçular”
Azərbaycan çempionatının I divizionunda yarışacaq “?…
Azərbaycan çempionatının I divizionunda yarışacaq “Şərurspor” deyəsən, futbol meydanı ilə rinqi səhv salıb. Naxçıvanlı iş adamlarının yaratdığı komanda indidən qol gücü göstərməyə başlayıb.
Futbolinfo.az saytının verdiyi məlumata görə, şənbə günü “Rəvan”ın əvəzedici heyəti ilə yoxlama oyununda qarşılaşan “Şərurspor”un oyunçuları əzələ nümayiş etdirib. Əsasən həvəskarlardan və yaşlı oyunçulardan qurulan komanda 3:1 hesabı ilə öndə olduğu vaxt qalmaqal çıxarıb.
Matçın 75-ci dəqiqəsində futbolçulardan biri yeniyetmə rəibini söyüb. “Rəvan”ın futbolçusu cavab qaytardıqda isə “Şərurspor”un üzvü onu vurub. Belədə dava düşüb və matç yarımçıq dayandırılıb.
Təbii ki, AFFA, PFL sınaq matçı ilə bağlı hər hansı ölçü götürəsi deyil. Amma indidən ehtiyatlı olmaq lazımdı: Azərbaycan futboluna “qoçular”ın idarə etdiyi yeni klub gəlir. Belə başlayıblarsa, birvaxtların “Neftçi”sini unutduracaqlar.