Dünya futbolu
Pizarronun yeni klubu bəlli oldu
Perulu futbolçu Klaudio Pizarro özünə yeni komanda t…
Perulu futbolçu Klaudio Pizarro özünə yeni komanda tapıb. Futbolinfo.az xəbər verir ki, 36 yaşlı hücumçu Almaniya Bundesliqasında çıxış edəcək.
O, Bremenin “Verder” klubunun şərəfini qoruyacaq. “Musiqiçilər” futbolçu üçün yad komanda deyil. Belə ki, o, daha əvvəl də 2 dəfə bu komandanın şərəfini qoruyub.
Qeyd edək ki, ötən mövsüm Bundesliqanın digər təmsilçisi “Bavariya”da çıxış edən futbolçu müqaviləsi uzadılmadığına görə klubsuz qalmışdı.