Dünya futbolu
Millinin futbolçusu zədələndi
İngiltərə milli komandasının aparıcı futbolçusu Maykl Ka…
İngiltərə milli komandasının aparıcı futbolçusu Maykl Karrik zədələnib. Futbolinfo.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Belə ki, 34 yaşlı yarımmüdafiəçi millinin düşərgəsini tərk edib. Bununla da Karrik AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İsveçrəyə qarşı sabah keçiriləcək oyunda iştirak edə bilməyəcək.
Qeyd edək ki, E qrupunda mübarizə aparan İngiltərə, 7 turdan sonra 21 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.