Dünya futbolu
Van Persi: "Türkiyəyə məğlubiyyət əsl kabusdu"
Hollandiya millisinin hücumçusu Robin van Persi AÇ-…
Hollandiya millisinin hücumçusu Robin van Persi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində dünən Türkiyəyə 0:3 hesablı məğlubiyyəti şərh edib. Futbolinfo.az xəbər verir ki, "Fənərbaxça"nın futbolçusu Türkiyəyə məğlubiyyətin dəhşət olduğunu bildirib:
"Acı məğlubiyyətdən sonra danışmaq çətindi. Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq bizdən asılı olmayacaq. Türkiyəyə məğlubiyyət dəhşət və əsl kabusdu. Turnir cədvəlində 3-cü pilləni tutmaq çətinləşib. 3-cü olmaq üçün sonadək mübarizə aparmalı və qarşıdakı hər iki görüşdə qələbə qazanmalıyıq".
Qeyd edək ki, A qrupunda mübarizə aparan Hollandiya 8 turdan sonra 10 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.