Dünya futbolu
PSJ-dan "Real"a: "150 milyon veririk"
"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldoya PSJ k…
"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldoya PSJ klubundan 150 milyon avro dəyərində təklif gəlib. Futbolinfo.az xəbər verir ki, bu barədə Braziliyanın "Globoesporte" nəşri məlumat yayıb.
Mənbədən bildirilir ki, Paris təmsilçisinin "transfer pəncərəsi"nin son günündə etdiyi 150 milyon avroluq fantastik təklifə "kral klubu" rədd cavabı verib. Braziliyalı həmkarlarımız iddia edir ki, PSJ rəhbərliyi Ronaldonu transfer etməyə israrlıdı və növbəti mövsümdə də bu keçidin gerçəkləşməsi üçün hər cür fədakarlıq edəcəklərini vurğulayıb.
Qeyd edək ki, 30 yaşlı hücumçunun Madrid nəhəngilə 2018-ci ilə kimi müqaviləsi var.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd