Dünya futbolu
"Barselona" rəsmisi: "Yanvarda onu transfer edə bilərik"
"Barselona"nın idman direktoru Robert Fernandes transfer et…
"Barselona"nın idman direktoru Robert Fernandes transfer etmək istədikləri futbolçunun adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Belə ki, klub rəsmisi "Selta"da oynayan Nolito ilə maraqlandıqlarını bildirib: "Bir neçə oyunçu ilə maraqlandığımız doğrudur. Nolitonu mən və Luis Enrike yaxşı tanıyır. Yanvarda onu transfer edə bilərik".
Qeyd edək ki, Fernandes Kiyev "Dinamo"sunda çıxış edən ukraynalı hücumçu Andriy Yarmolenkonu transfer edəcəkləri iddialarına cavab olaraq, onunla bağlı klubu ilə danışıqlar aparmadıqlarını deyib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir