Ölkə futbolu
“Rəvan” ölkə xaricinə gedir?
“Rəvan”ın 19 yaşlılardan ibarət komandası UEFA Gənc…
“Rəvan”ın 19 yaşlılardan ibarət komandası UEFA Gənclər Liqasının ilk turunda Moskva “Spartak”ı ilə görüşlər öncəsi təlim-məşq toplanışı keçəcək. Bu barədə futbolinfo.az saytına paytaxt təmsilçisinin vitse-prezidenti İlqar Axundov məlumat verib.
Klub rəsmisi 19 yaşlılardan ibarət komandanın təlim məşq-toplanşının ölkə daxilində və ya xaricində keçəcəyi ilə bağlı bunları dedi: “Hazırlıqlar öz qaydasında gedir. Təlim-məşq toplanışı ilə bağlı hələ konkret qərar qəbul edilməyib. Gürcüstan və Türkiyə variantları var. Ancaq elə ola bilər ki, toplanış Azərbaycanda təşkil edilsin. Bütün hallarda toplanış çərçivəsində bir və ya bir neçə yoxlama görüşü keçirəcəyik”.
Qeyd edək ki, “Spartak” – “Rəvan” görüşü sentyabrın 20/30-da, cavab qarşılaşması isə oktyavrın 20/21-də baş tutacaq.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”