Bizi izləyin

Ölkə futbolu

Zaur Əzizov: "Vaqifin keçidi bir neçə dəqiqə çəkdi"

Avropa Liqasında təsnifat və pley-off mərhələlərini geridə qoy…

blank
Avropa Liqasında təsnifat və pley-off mərhələlərini geridə qoyan “Qəbələ”ni qarşıda daha çətin və məsuliyyətli sınaq gözləyir. Klub rəhbərliyi komandanın qrup mərhələsində də müvəffəqiyyətli çıxışını təmin etmək üçün var qüvvəsi ilə çalışır.
Əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov güclü rəqiblərlə oyunlar ərəfəsində maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, klub rəsmisi “Qəbələ İK”ya müsahibəsində son transferlər, qrup mərhələsindəki rəqiblər, komandanın şansları barədə danışıb.
“Meza Kollini öncə də transfer etmək istəyirdik”
– “Transfer pəncərəsi”nin son günündə birdən-birə 3 yeni futbolçunu heyətə qatdıq. Bu, hansı zərurətdən irəli gəldi?
– UEFA Avropa Liqasının qrup mərhələsinə düşməyimiz yeni transferlərə ehtiyac yaratdı. Müxtəlif turnirlərdə oynayacağımızdan heyəti genişləndirmək zəruri idi. Doğrudu, indiki heyətin potensialı uğur qazanmağa kifayət edirdi. Amma futbolda cəza, zədə və digər müəyyən səbəblərdən itkilərin ola biləcəyini nəzərə alıb 2 legioner və 1 yerli futbolçunu heyətimizə qatdıq. Mənə elə gəlir ki, “transfer pəncərəsi”nin son günü klub üçün, həqiqətən, faydalı keçdi.
– Vaxtın azlığını nəzərə alsaq, bu keçidləri reallaşdırarkən hansı çətinlikləriniz oldu?
– İndiki mərhələdə seçimimiz aprel, may və iyun aylarındakından daha rahat oldu. Çünki Avropa Liqasında uğurlu çıxış öz sözünü dedi. Klub özünü xeyli tanıtdı. Artıq bizə adi oyunçular təklif olunmurdu. Baş məşqçi Roman Qriqorçuk da seçimdə bir qədər çətinliklə üzləşdi. Çünki siyahıda, həqiqətən, yaxşı futbolçular var idi. Ancaq sonda bu 3 futbolçu üzərində dayandıq.
“Pereyranı icarə haqqı ödəmədən heyətimizə qatdıq"
– Niyə məhz Derlis Meza Kolli, Vaqif Cavadov və Fakundo Pereyra?
– Meza Kolli Azərbaycan çempionatına bələd olan, baş məşqçimizin də çox yaxşı tanıdığı futbolçudur. Onu öncə də transfer etmək istəyirdik. Ancaq bəzi səbəblərdən alınmamışdı. Derlis “İnter”dən gedəndən sonra Paraqvayda, keçmiş komandasının düşərgəsində məşq edib.
– Vaqif Cavadovun keçidi çox tez alındı.
– Əminik ki, komandaya uğur qazandıracaq. Vaqifin müqavilə ilə məxsus olduğu “Xəzər Lənkəran”a da təşəkkür edirik ki, Azərbaycan futbolunu, “Qəbələ”nin Avropa Liqasında ölkəmizi təmsil etməsini nəzərə alaraq, keçidə əngəl olmadı. Lənkəran klubu rəhbərliyi təklifimizi düşünmədən müsbət dəyərləndirdi. Hətta deyim ki, keçid bir neçə dəqiqə çəkdi.
– Cavadov və Meza Kollidən fərqli olaraq, Pereyra ölkəmizdə ilk dəfə oynayacaq.
– Yunanıstanda tanıdığımız futbol adamlarının heç biri onu 1 illik icarəyə götürə biləcəyimizi ehtimal etmirdi. Çünki Pereyra PAOK-un çox önəmli üzvü idi. Amma hücumçunu heç bir vəsait ödəmədən 1 illiyə icarəyə götürməklə bağlı qarşı tərəflə razılığa gələ bildik. Əminik ki, Fakundo karyerası boyu nümayiş etdirdiyi futbolu “Qəbələ”də də göstərəcək.
– Onun keçidi məsələsi “Qəbələ”nin qrup mərhələsində PAOK-la rəqib olmasından sonra gündəmə gəldi?
– Bəli. Hələ Yunanıstanda olduğumuz zaman bizə bəzi futbolçular təklif olunurdu. Lakin “Panatinaikos”la matç başa çatmadığından təklifləri dəyərləndirə bilmirdik. Ancaq aldığımız təklifləri toplayırdıq. Qrupda oynayacağımız dəqiqləşəndən sonra işə başladıq və Pereyranı seçdik. Onun PAOK-dan getmək ehtimalı olsaydı belə, birbaşa rəqib komandaya – “Qəbələ”yə keçmək variantının alınacağını az adam ehtimal edirdi.
– Futbolçunun rəqib kluba keçidi həmişə ajiotaj yaradır…
– Pereyra PAOK-un baş məşqçisinin qərarıyla əsas heyətdən uzaqlaşdırılsa da, klub onu buraxmaq istəmir, “Qəbələ”yə verilməsinə etiraz edirdilər. Ancaq digər tərəfdən, futbolçu ilə ilkin razılıq var idi. PAOK şərt qoydu ki, Pereyra onlara qarşı heç bir oyunda meydançaya çıxmayacaq. Ancaq danışıqlar nəticəsində sonradan argentinalının Bakıda oynaya biləcəyi ilə bağlı maddəni saxladıq. Fakundo Yunanıstandakı matçda oynamayacaq. PAOK rəhbərliyi Pereyranın orada uğurlu çıxışı nəticəsində ola biləcək azarkeş təzyiqindən ehtiyatlanır. Bu, onlar üçün başlıca şərt olduğundan, icarə haqqı istəmədən futbolçunu bizə verdilər.
“Vobay müxtəlif bəhanələr gətirdi”
– Julius Vobayın “Qəbələ”yə keçəcəyi ilə bağlı açıqlaması müzakirələrə səbəb oldu. Belə çıxır ki, Vobay özünü reklam edirmiş?
– Vobayın bizim klub haqda nə fikirləşdiyini bilmirəm. Ancaq onu deyə bilərəm ki, iyunun əvvəlində çox ciddi- cəhdlə Juliusu heyətimizə qatmaq istədik. Ancaq Vobay müxtəlif bəhanələr gətirdi. Məsələni “bu gün, sabah” deyərək uzatdı, bir müddət sonra, ümumiyyətlə, telefona cavab verməmək variantını işə saldı. Mənə elə gəlir ki, son günlərdə açıqlamasıyla cavabını aldı.
– Bəs İbrahim Niassenin “Qəbələ”yə qayıdışı niyə baş tutmadı?
– Baş məşqçimiz Meza Kolli ilə Niassenin ikisindən birini heyətimizə qatmaq istəyirdi. O, üstünlüyü Meza Kolliyə verdi. Paraqvaylı futbolçu da gəlməyə razılıq verdiyindən Niasse variantı arxa plana keçdi.
– Avropa Liqasının püşkatma mərasimində iştirak etdiniz. Püşkün nəticəsini necə dəyərləndirərdiniz?
– İstəmədiyimiz 2 qrupdan biri “Qəbələ”yə, digəri “Qarabağ”a düşdü. Qruplarda ilk 3 komanda bəlli olandan sonra 4-cü səbətdən komandaların adları çıxarılmağa başladı. Bu zaman 2 qrup vardı ki, onlardan qaçmaq istədik. Ancaq biri bizə, digəri “Qarabağ”a nəsib oldu. Onsuz da, qrup mərhələsində komandamızı asan rəqib gözləmirdi. Üstəlik, pley-offda “Panatinaikos” kimi güclü komandanı üstələmişik. Deməli, inamlı çıxış etmək olar.
“Rəqiblərimiz kağız üzərində favoritdi”
– Hər halda, “Qarabağ”a “Qəbələ”ylə müqayisədə daha güclü rəqiblər düşüb. Bu baxımdan 1/16 finala vəsiqə verən 2-ci yeri tutmaq şansımız varmı?
– Sözsüz ki, Azərbaycan klublarının yer aldığı qruplar arasında fərq var. Mən də razıyam ki, Ağdam klubu daha güclü rəqiblərlə üz-üzə gələcək. Bizim qrupa gəlincə, “Borussiya” haqqında nəsə demək artıqdı. PAOK-la “Krasnodar” öz ölkələrində, ümumiyyətlə, avrokuboklarda, xüsusilə, son illərdə uğurlu çıxış edən komandalardı. “Krasnodar” ildən-ilə inkişaf edir. PAOK-un heyətində Yunanıstanın ən yüksək ödənişli futbolçusu, “transfer pəncərəsi”nin son günündə heyətinə qatdığı Dimitar Berbatov varsa, deməli, qarşısına bəlli hədəfləri qoyub. Sözsüz ki, “Qəbələ” qrupdan çıxmaq üçün mübarizə aparacaq. Rəqiblərimiz kağız üzərində favoritdir.
– Ancaq heyətin gücləndirilməsi də şanslarımızı artırıb.
– Mənə də elə gəlir ki, Qriqorçukun meydançada manevr etmək imkanları indi daha çoxdur. Heyətə kifayət qədər yaxşı və baş məşqçinin istədiyi futbolçular qatıldı. Onu nəzərə alaq ki, hər 3 futbolçu əsas heyətə iddialı oyunçulardı. Bu, komanda, baş məşqçi üçün gözəl hadisədi.
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-10 16:37

AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO

blank
Ölkə futbolu2024-05-10 16:20

Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”

blank
Digər idman növləri2024-05-10 16:05

Ərəblərin pulu ilə Amerikada yeni liqa yaradılır

blank
I Liqa2024-05-10 15:51

I Liqada 26-cı turun oyun cədvəli bəlli oldu

blank
Ölkə futbolu2024-05-10 15:36

“Masallı”ya texniki məğlubiyyət verildi

blank
Ölkə futbolu2024-05-10 15:20

ÇL: Yeni mövsüm üçün format və oyun cədvəli

blank
Digər idman növləri2024-05-10 15:02

Bakıdakı Dünya Kubokunda növbəti qaliblər müəyyənləşdi

blank
Dünya futbolu2024-05-10 14:45

“Atalanta” onu birdəfəlik alacaq

blank
Ölkə futbolu2024-05-10 14:30

Rəqibini vuran futbolçu sərt cəza aldı

blank
I Liqa2024-05-10 14:19

Budaq Nəsirova 4 oyunluq cəza verildi

blank
Ölkə futbolu2024-05-10 14:08

AFFA-dan Gəncədəki dava ilə bağlı sərt cəza

blank
Digər idman növləri2024-05-10 13:55

Formula 1-in gəliri ötən illə müqayisədə 45% artıb

blank
Digər idman növləri2024-05-10 13:38

Möhtəşəm boks gesəsinin döyüşləri açıqlandı

blank
Dünya futbolu2024-05-10 13:21

Konfrans Liqası: Həftənin ən yaxşısı adına namizədlər bilindi

blank
Dünya futbolu2024-05-10 13:04

Avroliqada həftənin ən yaxşısı adına 2 namizəd

blank
Ölkə futbolu2024-05-10 12:49

AFFA İcraiyyə Komitəsi gələn həftə yığışacaq

blank
Dünya futbolu2024-05-10 12:34

“Arsenal” çempionluq paradının planını hazırlayıb

blank
Ölkə futbolu2024-05-10 12:17

Omar Hani qayıtmaq istəyir

blank
Digər idman növləri2024-05-10 12:00

Bu gün yarımfinalın daha bir görüşü keçiriləcək

blank
Digər idman növləri2024-05-10 11:49

Qadın güləşçilərimiz Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar

blank
Digər idman növləri2024-05-10 11:37

“Böyük Dəbilqə”nin ilk günündə 7 cüdoçumuz mübarizə aparacaq

blank
Premyer-liqa2024-05-10 11:25

“Zirə” – “Qarabağ” matçının hakimləri açıqlandı

blank
Digər idman növləri2024-05-10 11:10

“Dördlər finalı”nın təqvimi bəlli oldu

blank
Digər idman növləri2024-05-10 10:52

87-ci dünya çempionatı başlayır

blank
Digər idman növləri2024-05-10 10:35

Seriyalarda tarazlıq yarandı

blank
Dünya futbolu2024-05-10 10:17

“Bayer”dən Avropa rekordu

blank
Digər2024-05-10 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-05-10 09:40

Yeni idman sarayında ilk yarış

blank
Ölkə futbolu2024-05-10 09:21

“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”

blank
Digər idman növləri2024-05-10 09:04

“Olimpiadada ikinci medal üçün çalışacağam”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm