Ölkə futbolu
"Qəbələ"nin rəqibində ciddi itki – FOTO
UEFA Avropa Liqasının qrup mərhələsində "Qəbələ”ni…
UEFA Avropa Liqasının qrup mərhələsində "Qəbələ”nin rəqibi "Borussiya"da ciddi itki baş verib. Futbolinfo.az xəbər verir ki, Dortmund təmsilçisinin aparıcı müdafiəçisi Erik Durm zədələnərək sıradan çıxıb.
Durm 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, ötən gün əməliyyat olunub.
Qeyd edək ki, "Qəbələ” Avropa Liqasının qrup mərhələsində "Borussiya" ilə yanaşı "Krasnodar” və PAOK klubları ilə birgə mübarizə aparacaq.