Dünya futbolu
İbrahimoviç yenə oynamayacaq
PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviç Fransa &cce…
PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviç Fransa çempionatında "Bordo" ilə oyunda iştirak etməyəcək. Futbolinfo.az xəbər verir ki, bu barədə Paris klubunun baş məşqçisi Loren Blan məlumat verib:
"Zədəli olduğu üçün İbrahimoviç istirahət edəcək. Amma "Malmö"yə qarşı oyuna tam hazır olacaq".
Qeyd edək ki, İbrahimoviç zədə səbəbindən Fransa çempionatının bir neçə qarşılaşmasını buraxmalı olub.