Bizi izləyin

Ölkə futbolu

Mənsimovlar üçün “Bakı” nümunəsi: Qardaş qardaşını niyə əzizləyir?

“Xəzər Lənkəran” Ruslan Abışov, Vüqar Nadirov v…

blank
“Xəzər Lənkəran” Ruslan Abışov, Vüqar Nadirov və Rəşad Eyyubovu komandada saxlaya bilmədi. Yeni transferlər arasında ən sanballı yerli futbolçuların cənubluların düşərgəsini tərk etməsi başadüşülən idi. Hər üç futbolçu Lənkərana oynamağa gəlmişdi. Gəlişigözəl sözlərlə onları əmin edən rəhbərlik 4 turdan sonra nağıllardan bezən oyunçularını itirdi.
Mövsümə böyük iddialarla başlayan “ağ-yaşıllar” 2015-2016 mövsümünü də bu üsulla yola verməyi qərara alıb. Əsas odu ki, fanatlara deyiləsi sözləri olsun. İndi də mövzu tapılıb. Özü də “möhtəşəm” mövzu.
“Qərəzli FİFA” mövzusu mövsümün “ən gülməli lətifəsi” sıralamasında lider olmağa bir nömrəli namizəddi. Deyə bilmərik, bu lətifəni kim “icad” edib: Tuqun Nadirov, yoxsa Mais Mənsimov? Qalırdı bu nağıla ətrafı inandırmaq… alınmadı.
Sentyabrın sonunda CAS-dan cavab gələcək? Futbolçulara maaşları verə bilməyən rəhbərlik 57 min avronu da havaya sovuracaq. Amma ən əsas məqsəd cari mövsümdə də heç bir uğur qazanılmadıqda günahı ətrafın üstünə atmaqdı.
“Xəzər Lənkəran”ın bu günə düşməsində vitse-prezident Tuyqun Nadirov nə qədər günahkar olsa da, möhür sahibi o deyil. Klub prezidenti Mais Mənsimov komandanı bu kökə saldığına görə bir nömrəli günahkardı. Nadirovu qabağa verib, onun kölgəsində gizlənmək mümkün deyil. Kimsə düşünməsin ki, klub prezidentinin bu qədər əyintilərdən xəbəri yoxdu. FİFA-nın “qərəzli məktubu” məhz Mənsimova ünvanlanıb. Həmin məktubun məğzi da çox acıdı: “Komandanızın çoxsaylı əyintiləri bizi təngə gətirib. Bu üzdən də “transfer pəncərəsi” bağlanandək azad agent olan oyunçuları da heyətinizə qatmağa icazə vermirik”.
Çox sadə və anlaşılan. İndi nə Tuyqun Nadirov, nə də klubun digər rəsmisi başverənlərə görə yaxasını kənara çəkə bilməz. Çünki başverənlərdən bixəbər ola bilməzdilər. Xəbərləri ola-ola Mais Mənsimova “dur” deməyiblərsə, onun qədər olmasa da, günahkardılar.
Bütün bunları qeyd etməkdə məqsəd yaxınlarda baş verməli olan istefaların səbəblərini göstərməkdi. Əgər həqiqətən də Mübariz Mənsimov “Xəzər Lənkəran”ın taleyi ilə maraqlanırsa, mütləq rəhbər vəzifədə çalışanlara qapını göstərməlidi. Çünki xərclənən vəsaitin ünvanına çatmaması barədə əlavə sübuta ehtiyac yoxdu. Mübariz bəyin də bu işlərdə əlinin olması mümkünsüzdü. Zəngin sərvətə sahib olan bir şəxsin sol cibindən sağ cibinə pul ötürməsinə ehtiyacı yoxdu. Amma qardaşı Mais Mənsimov barədə bu sözləri demək qeyri-mümkündü. Əgər Mübariz Mənsimov biznesini Türkiyədə uğurlu şəkildə qurubsa, kiçik qardaş onun qurub-yaratdığı klubu viranə qoyub.
Klubun adı gələndə hamı ənənəvi sual barədə düşünür: “Görəsən, bu dəfə hansı əyinti baş verib”. Acınacaqlı duruma düşən klubda köklü islahatlar baş verməsə, Lənkəran təmsilçisi “Rəvan”, “Sumqayıt”, AZAL-dan fərqlənməyəcək. Azarkeşlər isə… Onlar hələ də inanır və sevirlər. Dağıdılan, viranə qoyulan komandalarını sevirlər. Bəlkə də. Mübariz Mənsimov umur ki, qardaşı daşı ətəyindən töküb, özü istefa verər. Onun silahdaşı Tuyqun Nadirov da həmçinin. Amma əbəs yerə. Çünki dağ boyda hadisədən sonra üzr istəyib, istefa vermək əvəzinə, şou xarakterli mətbuat konfransı düzənləyənlərdən klub naminə hansısa bir addım atacaqlarını gözləmək absurd olar. “Xəzər Lənkəran” üçün üçün 2015-2016 mövsümü də başlamamış bitdi. Cari mövsümü də bitirən klub prezidentini Mübariz Mənsimov işdən azad etməsə, hələ çox mövsümlər lənkəranlı fanatlar acılı günlər yaşayacaq.
Amma deyəsən, Mübariz Mənsimov da qardaşına nümunədi, Mais bəy belə işləri elə ondan görüb-götürüb. Neçə vaxtdı “Bakı”nın prezidenti Hafiz Məmmədova olan çoxmilyonlu borcunu qaytarmayan Mübariz bəy ondan qaçır. Mais Mənsimovdan qardaşının bu bacarığını örnək götürüb, onun kimi işləyir. Ancaq bu dəfə pis ilişib. Çünki kiminsə göstərişi ilə hansısa azərbaycanlıya atmayıb, heç kimin əlinin “girmədiyi” FİFA-ya üz tutan əcnəbiləri aldadıb. Bu təşkilat üçün isə tankerlərin sayı önəmli deyil.
CEYHUN ƏLİYEV
P.S. Yeri gəlmişkən, Mübariz Mənsimov elə neçə vaxtdı aldatdığı, “fırlatdığı” Hafiz Məmmədovdan nümunə götürsün. Onu qardaşı Zeynal bəy də belə israfçılıq üzündən, əcnəbiləri aldatmaqla “Bakı”nı məhv etdi, FİFA-nın qadağaları ilə üz-üzə qoydu və aşağı diviziona göndərdi. Yoxsa mənsimovlar da gələn mövsüm “Energetik”lə, “Ağsu”yla, “Qaradağ Lökbatan”la oynamaq istəyir?..
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-07 01:31

“Mançester Yunayted” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-07 01:12

“Lill” doğma meydanda 4 qola üzüldü

blank
Dünya futbolu2024-05-07 00:56

“Atalanta”dan qələbə, “Napoli”dən xal itkisi

blank
Digər idman növləri2024-05-06 23:38

Azərbaycan karateçiləri AÇ-də mübarizə aparacaqlar

blank
Dünya futbolu2024-05-06 23:19

“Fənərbaxça” yenə xal itirdi

blank
Ölkə futbolu2024-05-06 22:50

AFFA-dan tələbələr üçün master-klass

blank
Premyer-liqa2024-05-06 22:31

“Komandanın yeni olması bu problemləri artırdı” – Diniyev

blank
Premyer-liqa2024-05-06 22:15

“Bu, inkişaf üçün çox vacibdir” – Sxadadze

blank
Premyer-liqa2024-05-06 21:58

“Səbail” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-05-06 21:31

AÇ-də iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli oldu

blank
Premyer-liqa2024-05-06 20:54

“Səbail” “Qəbələ”yə məğlub oldu

blank
I Liqa2024-05-06 20:17

Liderdən növbəti qələbə

blank
Əvəzedicilər2024-05-06 19:29

“Sabah”ın əvəzedicilərindən 8 qolluq darmadağın

blank
Digər idman növləri2024-05-06 19:00

Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb

blank
Digər idman növləri2024-05-06 18:38

Romadakı turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-05-06 18:19

Nazir Avropa çempionunu qəbul etdi

blank
Digər idman növləri2024-05-06 18:00

Bakı dünyanın “İdman Paytaxtı” seçilib

blank
Digər idman növləri2024-05-06 17:45

AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü

blank
Dünya futbolu2024-05-06 17:31

Ferran icarəyə gedəcək

blank
Digər idman növləri2024-05-06 17:17

Azərbaycan üzgüçülərindən Rusiyada 9 medal

blank
Digər idman növləri2024-05-06 17:02

“Kür” və “Bakı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-06 16:48

Ulduz cütlük ayrıldı

blank
Digər idman növləri2024-05-06 16:31

Yarımfinal oyunlarının tarixləri dəqiqləşdi

blank
Digər idman növləri2024-05-06 16:16

Azərbaycanı AÇ-də 22 samboçu təmsil edəcək

blank
Ölkə futbolu2024-05-06 16:01

Ayaz baxımlı qolundan danışdı: “Lakin əsas olan qələbədir”

blank
Dünya futbolu2024-05-06 15:47

“Tottenhem” Riçarlisondan narazıdır

blank
Milli komanda2024-05-06 15:32

Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-06 15:15

Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu

blank
Milli komanda2024-05-06 15:01

Azərbaycan yığmasının seçmə mərhələdəki oyunlarının vaxtı bəlli oldu

blank
Ölkə futbolu2024-05-06 14:46

“Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm