Premyer-liqa
Araz Abdullayev: "Fasilədə də Samir Əliyev mənə dedi ki…"
Bu gün Topaz Premyer Liqasının 5-ci turun növbəti oyunlar…
Bu gün Topaz Premyer Liqasının 5-ci turun növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Neftçi" öz meydanında əzəli rəqibi "Xəzər Lənkəran"la 1:1 bərabərə qalıb.
"Bakcell Arena"da keçirilən "Böyük oyun"dan sonra ev sahibi komandanın kapitanı Araz Abdullayev CBC kanalına açıqlama verib. Yarımmüdafiəçi heç-heçəni belə şərh edib:
"Bu oyuna 3 xal qazanmaq üçün çıxmışdıq. Doğurdan da, qələbə qazana bilmədiyimizə görə çox təəssüflənirəm. Rəqib də azlıqda qalmışdı. Əlimizə yaxşı fürsət düşmüşdü, lakin bunu reallaşdıra bilmədik. Çalışacağıq ki, növbəti oyunlarad daha yaxşı nəticələr qazanaq".
Komandasının yeganə qolunun müəllifi penalti epizodundan yararlana bilməməsindən də söhbət açıb: "Penaltidən qolu vura bilmədiyimə görə də çox təəssüflənirəm. Hansı tərəfə vuracağımı bilirdim. Amma qapıçı bunu oxudu. Fasilədə də baş məşqçimiz Samir Əliyev mənə dedi ki, bu oyundu hər şey ola bilər. Fikir etmə. Oyuna davam et".
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu
- Milli komanda2024-04-26 17:54
Millimizin təlim-məşq toplanışı olacaq
- Ölkə futbolu2024-04-27 11:18
İnfantino “Qarabağ”ı təbrik edib