Əvəzedicilər
"Zirə": Xal da getdi, pul da
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 5-ci tur oyunları ilə bağlı cəzalar açıqlanıb.
“Zirə” – “Rəvan” matçında oyunöncəsi iclasda ev sahiblərinin nümayəndəsi iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunub. Bundan əlavə, Zirə təmsilçisi həmin matçda yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Neftçi” – “Xəzər Lənkəran” matçında ev sahibi komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.