Premyer-liqa
Yunis Hüseynov: "Heç bir oyunda bu qәdәr mәyus olmamışdım"
Bu gün Topaz Premyer Liqasında VI tura yekun vurulub. Futbolin…
Bu gün Topaz Premyer Liqasında VI tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Xəzər Lənkəran" doğma azarkeşlrəi qarşısında "Zirə"yə 0:1 hesabı ilə uduzum.
Lənkərandakı oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Yunis Hüseynov məğlubiyyəti belə şərh edib:
"Bilirsiz ki, qәlәbә qazanmaq istәyirdik. Әfsuslar olsun ki, alınmadı. Son dәqiqәlәrdә penaltidәn qol buraxdıq. Çox heyfslәndim. Bundan öncә 5 tur oynamışıq. Heç bir oyunda bu qәdәr mәyus olmamışdım. Heyәtimiz kasaddı. Rasim Ramaldanov da zәdә aldı. Skarlatake dә yox idi. Bunlar hamısı oyuna tәsir etdi. Fikrimcә, gәnclәr yaxşı çıxış etdi".
Təcrübəli çalışdırıcı "Komandanızın әvvәlki oyunlarla müqayisәdә hücum xәttindә daha zәif çıxış etmәsi ilә razısız?" sualına belә cavab verib: "Әksinә, bu gün daha yaxşı oynadıq. Sizinlә razı deyilәm. Hәtta "Neftçi" ilә oyundan da daha yaxşı çıxış etdik. Standart vәziyyәtlәrdәn dә tәhlükә yaratdıq. Mәnim üçün fәrqi yoxdu, komanda istәyir autdan qol vursun, amma vursun".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”