Ölkə futbolu
“Krasnodar”ın hücumçusu: “Qələbə qolunu çətinliklə vurduq”
Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Krasnoda…
Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Krasnodar” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib. Futbolinfo.az xəbər verir ki, meydan sahibləri bu matçdan 2:1 hesablı qələbə ilə ayrılıb.
Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Qəbələ" səfərdə "Krasnodar"a 1:2 hesabı ilə məğlub olub.
Oyundan sonra Rusiya klubunun hücumçusu Fyodor Smolov matç haqqında fikilərini bildirib: “Oyundan öncə də demişdik ki, bu matçda mütləq qələbə qazanmalıyıq. Sevinirəm ki, 3 xalı əldə edə bildik. Gördüyünüz kimi, çox çətin qarşılaşma oldu. Bir qayda olaraq, nə Avropa Liqasında, nə də Çempionlar Liqasında zəif rəqib var. Biz bu matçı qazanmağı çox istəyirdik. Düzdü, qələbə qolunu çətinliklə vurduq. Amma əsas olan 3 xal idi”.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”