Ölkə futbolu
Qriqorçuk: "Nələrdə geri qaldığımızı gördük"
Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Krasnoda…
Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Krasnodar” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib. Futbolinfo.az xəbər verir ki, meydan sahibləri bu matçdan 2:1 hesablı qələbə ilə ayrılıb.
"Kuban" stadionundakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında açıqlama verən Qəbələ klubunun baş məşqçisi Roman Qriqorçuk məğlubiyyəti belə şərh edib:
“Rəqibi təbrik edirəm. Nəticədən narazıyam. Güclü rəqiblə yaxşı mübarizə apardıq. Bu bizim üçün test əhəmiyyətli matç oldu. Səhvlərimizdən nəticə çıxarmağa çalışacağıq”.
“Qəbələ” ikinci hissəyə yaxşı başladı. Fasilədə futbolçulara nə dediniz?" sualına ukraynalı mütəxəssis belə cavab verib: "İlk hissədə nələrdə geri qaldığımızı gördük. Hücumu başlamaqla bağlı problemi həll etmək üçün əvəzləmə etdim. Bu da öz bəhrəsini verdi. Rəqib də dəyişikliklərdən sonra sürətli əks-hücumlara çıxdı. Son dəqiqələrdə də bunun bəhrəsini gördülər".
Çalışdırıcı hesab 1:1 olarkən bu nəticəni qorumağa çalışmamasını belə izah edib: "Oyunun gedişi göstərdi ki, biz qalib gələ bilərdik. Buna görə də qalib gəlməyə çalışdıq. Dəyişiklikdən sonra rəqibin oyunçusu ustalıqla oynadı və qolunu vurdu. Hücumçuya qarşı 5 müdafiəçi də oynatsan, ustalığı varsa, onları keçəcək".
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü