Premyer-liqa
“Neftçi”nin hücumçusu: “Ağrıdan belə reaksiya verdim” – VİDEO
Ötən gün Topaz Premyer Liqasında 7-ci tura yekun vuruldu. …
Ötən gün Topaz Premyer Liqasında 7-ci tura yekun vuruldu. Futbolinfo.az xəbər verir ki, “Nefçi” səfərdə “Zirə”yə 0:2 hesabı ilə uduzduğu oyundan sonra “ağ-qaralar”ın gənc hücumçusu Fəhmin Muradbəyli klubun rəsmi saytına açıqlama verib:
“Zirə” klubu ilə oyunun çətin keçəcəyini bilirdik. Görüşə də yaxşı hazırlaşmışdıq. Amma oyun başlayan kimi rəqib komandanın futbolçuları kobud oynamağa başladılar. Bir neçə epizodda konkret mənə qarşı bilərəkdən kobudluq edildi. Həmin vəziyyətlərdə ciddi zədə almaqdan özümü zorla qorudum. Belə hallarda cərimə zərbəsi təyin olunmayanda nəticə də ağır olur. İkinci hissədə də mənə qarşı aqressiv oyun davam etdi.
Qırmızı vərəqə epizodunda rəqib ayağımın üzərinə yıxıldı və heç durmağa da tələsmirdi. Ağrıdan belə reaksiya verdim. Komandamı azlıqda qoyduğum üçün pis oldum. “Neftçi”nin əsas heyətində güclənmək üçün mütəmadi oynamalıyam. İndi alacağım zədə həm klub, həm də milli komanda karyerama zərbə olardı.
Azarkeşlərimiz də uzun yol qət edib bizi dəstəkləməyə gəlmişdilər. Qələbə qazana bilmədiyimizə görə onlardan üzr istəyirəm".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”