Bizi izləyin

Ölkə futbolu

Nadirov danışa bilirmiş…

Ölkə mətbuatında Tuyqun Nadirovun müsahibəsini gör&…

blank
Ölkə mətbuatında Tuyqun Nadirovun müsahibəsini görüb sevindim. Şükür, deyilənlər yalan imiş, “Xəzər Lənkəran”ın vitse-prezidenti lazım olanda danışırmış da…
 
Mübariz Mənsimov onun yaralı yeridi, özünü yıx-sürü, bircə ağeyi-rəhbərə toxunma. Özünü tankın qabağına atar, sinəsini pulemyotun önünə verər humayədarı üçün. Bəlkə bu kamikadzelikdən sonra Mübariz bəyin könlünə rəhm gələ, gözləri yaşara, Nadirovla klub prezidenti olan qardaşı Mais Mənsimovun günahlarını bağışlaya.
 
Tuyqun bəy neçə illərdi bu üsuldan istifadə edir. O, Mais bəyin kölgəsində “Xəzər Lənkəran”ı talayır, futbolçuların başına hər cür oyun açır, məşqçiləri əlcək kimi dəyişir, uğursuzluğu AFFA-nın, PFL-in, Hakimlər Komitəsinin üzərinə atır, iş FİFA-ya, məhkəməyə qədər gedib çıxanda isə bağışlanmaq ümidi ilə tinə çəkilir. Maraqlıdı ki, hər dəfə də istədiyinə nail olur. Düzdü, bu dəfə pis ilişib, ilanın quyruğunu tapdalayıb, klubla bağlı problemlər o qədər şişib ki, Mübariz bəy də ondan üz döndərib, hətta Nadirova görə qardaşına da rəhm etmir.
 
İndi Tuyqun bəy barışıq üçün, yenidən rəhbərinin etimadını qazanmaq üçün yollar arayır. Bu baxımdan Türkiyə mətbuatında yayılan, bizim saytların da istinadla verdiyi xəbəri yalanlamaqla məşğuldu. FİFA-nı “Xəzər Lənkəran”a qarşı qərəzli olmaqda suçlayan, hətta bunu sübut edəcəklərini deyib sonra yalançı çıxan Nadirov Mübariz Mənsimovun iflasa uğraması barədə xəbərlərin yayılmasında da qərəz axtarır.
 
"Palmali" Şirkətlər Qrupunun Bakı ofisinin rəsmisi kimi açıqlama verən Nadirovun "Report"a dediklərinə diqqət edin: “Türkiyədə hər hansı mətbu orqan bunu yazıb. Bəs Azərbaycandakı mətbuata nə olub? Məsələni dəqiqləşdirsinlər, baxsınlar məlumatın əsası var, ya yox… Kiminsə düşüncəsi sağlam deyilsə, ağlına gələni yazacaqsa, onu götürüb ictimaiyyətə yaymaqla məşğul olmaq lazımdır? İflas oldu, nə bilim, nə oldu.. Belə nəhəng bir şirkət haqqında durub kiçik biznes qurumu kimi "belə oldu, elə oldu" demək gülməlidir. Təbii ki, bunlar da kimlərinsə, nələrinsə marağına xidmət edir. Mən özüm 10 ildən artıqdır ki, bu şirkətdəyəm və hansı fundamentin üzərində qurulduğunu, hansı dayaqda dayandığını yaxşı bilirəm. Yaxın gələcəkdə də bu məsələ haqda söhbət gedə bilməz. Şirkətin biznesdə rentabelli olması, yeni layihələrin maliyyələşdirilməsi ilə məşğul olması hər şeyi göstərir. Təbii ki, hazırda qlobal paradokslar nəticəsində bir çox sahədə çətinliklərin olması faktdır və burada qeyri-adi bir şey yoxdur. "Palmali" kimi bir şirkət də bu proseslərdən kənarda qala bilməz. Şirkətə olan borclar eyni zamanda şirkətin özünün müəyyən sıxıntılarına səbəb ola bilər. Sənin mənə verəcəyin var, mənim bir başqasına… Bu, biznes mühitidir. Kimdənsə alacağın ola və o, bu borcu ləngidə bilər. Ancaq bunun iflas həddinə çatması qəbuledilməzdir. Təəssüf edirəm ki, bizim mətbuat da qeyri-sağlam təfəkkürün məhsulunun yayılması ilə məşğuldur və vaxtlarını boş yerə sərf edirlər".
 
Nadirov o qədər savadlı danışıb ki, adam üzr istəmək istəyir. Sən demə, Tuyqun bəyin jurnalistlərə seminar keçmək fikri də var. Düzdü, bu, CAS-dakı, FİFA-dakı “qərəzli mumurlar”a verəcəyi dərsdən sonra olacaq, amma olacaq. Bircə o ceminar tez baş tutsaydı, gedib 1-2 şey öyrənərdik. Öyrənərdik ki, rentabelli şirkətin problemsiz komandası FİFA-nın koridorlarında niyə süründürülür; gözəl fundament üzərində qurulan işin bəhrəsi niyə klubun nəticələrində əksini tapmır; hər şeyin mükəmməl olduğu şirkətin rəhbəri niyə hələ də Hafiz Məmmədova olan bir milyon dollar borcu ödəmir?
 
“Bunu Türkiyədə bir media orqanı yazıb, bəs bizim öz şüurumuza nə olub” deyən Tuyqun bəyin nəzərinə çatdırmaq istəyirik ki, düşüncə, şüur, ağılla bağlı klubun bütün idarəedicilərinə dərc verəcək potensialımız var. Bizə Mənsimovun biznesi, ailə problemləri, dəbdəbəli həyatı, kiminsə əlinə baxması, kiminsə adamı olması, kimin əlinə oynaması və s. maraqlı deyil. Azərbaycan mətbuatı sadəcə, Turkiyə mənbələrində yayılan yazını istinadla yayıb. Gedin ilk mənbədən hesabat istəyin, lazım olsa məhkəməyə verin, CAS-a müraciət edin. Bizə isə elə gəlir ki, “Xəzər Lənkəran”ın bufünkü vəziyyətu, hətta futbolçuya borclu olduğu 100-200 min dolları ödəyə bilməməsi Mübariz bəyin iflas etməsi barədə xəbərlərin həqiqətə yaxın olduğunu göstərir. Elə deyilsə, buyurun, klubun niyə bu günə qalmasının səbəbini izah edin. Müsahibə verməkdən qaçmaqla belə şayiələrin yaranmasında siz də günahkarsız. İndi özünü pulemyot qabağına atmaqla deyil ki…
 
ZƏRURİ QEYD
 
Nadirov özü sakit dayansa da, son günlər sosial şəbəkələrdə bir sıra kütləvi informasiya vasitələri haqda maraqlı şərhlərə rast gəlirik. Guya ki, jurnalistlər reklam puluna görə “Xəzər Lənkəran” haqda qərəzli yazılar yazır. Aydınlıq gətirək ki, biz reklam müqaviləmiz olduğu vaxt da səhvləri yazdığımız, klubu tənqid etdiyimiz üçün “sevimli” olmamışıq və yeni müqavilədən də özümüz dostcasına imtina etmişik. O ki qaldı şantaja, bunu siz daha yaxşı bacarırsız. Klubun yarandığı ilk illərdə AFFA-nı tənqid edən Mübariz Mənsimov Azərbaycan neftiylə dolu tankerlər Qara dəniz sularında görünməyə başlayandan sonra həmin vərdişini unutdu, “yuxarılar”la həmrəy oldu. Mətbuatın “Xəzər Lənkəran”ı tənqid etməsi şantaşdısa, o nə idi?..
 
FƏRİD
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-01 21:00

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
I Liqa2024-05-01 20:30

“İmişli” və “Mingəçevir” səfərdə uduzdu

blank
Əvəzedicilər2024-05-01 20:00

“Zirə”nin əvəzedicilərindən çətin qələbə

blank
Digər idman növləri2024-05-01 19:39

Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər

blank
Dünya futbolu2024-05-01 19:18

Lunin yeni müqavilə üçün razılaşdı

blank
Digər idman növləri2024-05-01 19:01

AVF rəhbərliyi çempionlarla görüşdü

blank
Milli komanda2024-05-01 18:44

Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu

blank
Digər idman növləri2024-05-01 18:27

Azərbaycanlı hakimlər Avropa kubokunun görüşlərini idarə ediblər

blank
Digər idman növləri2024-05-01 18:10

Bakıda keçiriləcək Avropa Kubokunun mükafat fondu açıqlandı

blank
Digər idman növləri2024-05-01 17:55

Federasiya prezidenti milli üzvləri ilə görüşdü

blank
Digər idman növləri2024-05-01 17:40

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastlar bəlli oldu

blank
Ölkə futbolu2024-05-01 17:21

AFFA nümayəndəsi AÇ-2024-ə təyinat aldı

blank
Dünya futbolu2024-05-01 17:02

Rabyo “Bayern”in hədəfində

blank
Digər idman növləri2024-05-01 16:45

“Prezident Kuboku”: İlk günün qalibləri bəlli oldu

blank
Premyer-liqa2024-05-01 16:27

Premyer Liqada apreldə vurulan 5 ən gözəl qol – VİDEO

blank
Müsahibə2024-05-01 16:09

“Kəpəz”in qurtulmasının sirri: “Kollektiv halında birləşdiyimiz üçün…”

blank
Dünya futbolu2024-05-01 15:52

“Tottenhem”in hücumçusu üçün mövsüm başa çatdı

blank
Digər idman növləri2024-05-01 15:37

Gürcü boksçu: “Rusiyalı boksçuya uduzmağım üçün böyük pul təklif edildi”

blank
Ölkə futbolu2024-05-01 15:20

Klublar Komitəsi bu gün toplanır

blank
Digər idman növləri2024-05-01 15:07

“Ferrari”nin direktoru ən böyük transfer üçün Londona yola düşdü

blank
Digər idman növləri2024-05-01 14:38

“Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq”

blank
Digər idman növləri2024-05-01 14:19

Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

blank
Dünya futbolu2024-05-01 14:00

Keyn ÇL-də yeni nailiyyətə imza atdı

blank
Digər idman növləri2024-05-01 13:42

“Prezident Kuboku 2024”-ün açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Digər idman növləri2024-05-01 12:32

Belqradda dramatik oyun, “Barselona” isə yenidən öndə

blank
Digər idman növləri2024-05-01 12:15

Seriyalarda vəziyyət gərginləşdi

blank
Dünya futbolu2024-05-01 12:00

Krivotsyukun komandası evdə xal itirdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm