Ölkə futbolu
Diniyevin ikinci “qurban”ı
“Rəvan”da məşqçi dəyişikliyi, əslində, m&oum…
“Rəvan”da məşqçi dəyişikliyi, əslində, mövsümün ilki olmalıydı. Amma rəhbərlik AZAL-a məğlubiyyətdən sonra atmalı olduğu bu addımı yubatdı.
Həmişə gecələr daha “kreativ” düşünən “Rəvan” rəhbərliyinin səbri daha bir oyunu yola verməyə çatdı. Və “Kəpəz”lə oyundan sonra gecə yata bilməyəcəyini bilən klub rəsmiləri biabırçı çıxışa don geyindirmək, yarıtmaz idarəçiliyin məsuliyyətini məşqçinin boynuna yıxmaq üçün qərarını açıqladı.
Düzdü, Emin Quliyev komandanın sonuncu pillədə yer almasına görə az günahkar deyil, amma komandaya yetim uşaq münasibəti bəsləyən rəhbərlik daha böyük suç sahibidi. Sadəcə, belə vəziyyətlərdə adətən məşqçilər “günah keçisi” sayılır.
Beləcə, mövsümün ikinci baş məşqçi istefası reallaşdı. Maraqlıdı ki, yenə də istefa “Kəpəz”ə uduzan komandanın düşərgəsində rəsmiləşdi. Ötən tur “Sumqayıt”, indi isə “Rəvan” Şahin Diniyevə yenilginin acığını baş məşqçi dəyişikliyi ilə soyutdu. Bəlkə növbəti turda “Xəzər Lənkəran”ı qəbul edən gəncəlilər Yunis Hüseynovu da “utandırdılar”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?