Ölkə futbolu
"İbrahim Şehiç həm də müdafiəçidir"
Qapıçı sözün əsl mənasında komandanın 50 faizid…
Qapıçı sözün əsl mənasında komandanın 50 faizidir. Çox futbolçu bildirib ki, qapıçı güclü olanda onlar daha rahat oynayırlar.
Azərbaycanda qapıçı məktəbi həmişə güclü olub. Həm SSRİ dönəmində, həm də müstəqillik dönəmində sayılıb-seçilən çərçivə qoruyucularımız olub. Lakin son vaxtlar bu sahədə axsamalar müşahidə olunmaqdadır. Təsadüfi deyil ki, hazırda Azərbaycan çempionatının ən güclü qapıçıları legionerlər hesab olunurlar. Bunlar “Qarabağ”ın qapıçısı İbrahim Şehiç və “Qəbələ”nin qolkiperi Dimitri Bezatosnıdır.
Çempionatımızda daim çıxış edən qapıçılar Avropa Liqasında da ümidləri doğruldurlar. Hətta son vaxtlar bu iki qapıçı arasında müqayisələr aparılır, kimin daha güclü olduğu müzakirə olunur. Bəs görəsən Azərbaycanın ən titullu qapıçısı Hüseyn Məhəmmədov bu iki qapıçı barədə nə düşünür. Hazırda “Neftçi”də çalışan Məhəmmədovu dinləyək:
“Hər iki qapıçı güclüdür. Həm Şehiç, həm də Bezatosni Avropa Liqasında çıxış edən komandanın qapısını qoruyurlar. Bezatosni “Qəbələ”nin digər qapıçıları ilə müqayisədə güclüdür. Amma iki qapıçı müqayisə etsək, mən Şehiçə üstünlük verərdim. Şehiç həm də müdafiəçidir. Müasir futbolda bəzən qapıçı mərkəz müdafiəçisi rolunu da oynamalıdır. Şehiçdə belə bir xüsususiyyət var. Şehiç həm də çox sərbəst oynayan qapıçıdır. Hər iki qolkiperdə liderlik xüsusiyyəti var, amma əgər iki qapıçı arasında seçim etməli olsam, Şehiç deməliyəm. Çünki onun oyun stilini daha çox bəyənirəm”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir