Premyer-liqa
"Qarabağ"ı yıxan adam: "Belə olanda uğur qazanmaq asanlaşır"
Topaz Premyer Liqasının IX turu ilklərlə əlamətdar oldu. Belə k…
Topaz Premyer Liqasının IX turu ilklərlə əlamətdar oldu. Belə ki, bu tur "Qarabağ" cari mövsümdə ilk dəfə məğlub olduğu halda "Sumqayıt" ilk dəfə 3 xal aktivinə yazdırdı. Məşqçiliyə yeni başlayan Samir Abasovun Premyer Liqada ilk qələbəsi kimi tarixə düşən matç həm də Mirzağa Hüseynpurun cari mövsümdə ilk qoluna imza atdığı oyun kimi xatırlanacaq.
Meydançaya sonradan daxil olan və komandası üçün hava və su kimi lazım olan qola imza atan Hüseynpur fikirlərini Futbolinfo.az saytı ilə bölüşüb: "Komandanın uğur qazanmasına görə çox şadam. Cari mövsümdə ilk qələbəni bir komanda şəklində qazandıq. Bu işdə hər kəsin əməyi var. Vurduğum qolu isə valideynlərimə həsr edirəm. Artıq "Qarabağ"la oyunu unudub, "Xəzər Lənkəran"ı düşünüməliyik. Əsas oudur ki, komandada inam var. Baş məşqçi futbolçulara, futbolçular baş məşqçiyə inanır. Belə olanda uğur qazanmaq asanlaşır".
Qeyd edək ki, Mirzağa Hüseynpur bir neçə həftə öncə "Sumqayıt"a transfer olunub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?