Bizi izləyin

Müsahibə

Qay: "Qəbələ"nin ən yaxşı oyunu hələ qabaqdadır"

"Qəbələ"nin ukraynalı yarımmüdafiəçisi Ale…

blank
"Qəbələ"nin ukraynalı yarımmüdafiəçisi Aleksey Qay “Qafqazinfo”ya maraqlı açıqlamalar verib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:
– Topaz Premyer Liqasının 9-cu turunda “Zirə” ilə heç-heçə gözlənilməz oldu…
– Düzdür, hamı bizdən qələbə gözləyirdi, amma niyə qalib gələ bilmədiyimizin səbəbini demək çətindir. Çünki hücum futbolu oynadıq. Sadəcə, əlimizə düşən imkanları dəyərləndirmədik. Soyuqqanlı olmaq lazım idi. Fikrimcə, elə bizdə də soyuqqanlılıq çatmadı ki, bu da 3 xal qazanmağımıza mane oldu.
– Deyəsən, “Borussiya” “Qəbələ”ni çox yormuşdu?
– Yox, bizdə yorğunluq olduğunu deməzdim. Çünki bir komandada yorğunluq varsa, o komanda hücuma çıxmaqda çətinlik çəkir. Bizdə isə əksinə, hücumların sayı daha çox idi. Fikrimcə, bayaq dediyim kimi, soyuqqanlı olsaydıq, indi 3 xaldan danışırdıq. Hər oyunun özünə görə çətinliyi var. Alınmadı.
– “Borussiya” ilə oyuna əla başlayıb, 4 real qol şansı yaratsanız da, bundan istifadə edə bilmədiniz. Ümumiyyətlə, belə məqamlara “Qəbələ”də rast gəlmişik. Bu nə ilə bağlıdır?
– “Borussiya” haqqında danışmaq istəmirəm. Çünki o matçı unutdum. Etdiyimiz səhvlərdən nəticə çıxarıb, Almaniyadakı oyunu düşünməliyik. Bizim üçün fərq etməz ki, rəqib kimdir. Meydana komandamızın uğurları üçün çıxırıq. Çalışacağıq ki, qarşıdakı matçlarda fərqli nəticə olsun.
– Son matçdakı nəticəni nəzərə alsaq, qrupdakı şanslarınızın azaldığını demək olar?
– Yox. Fikrimcə, şansımız azalmayıb. Heç vaxt belə düşünməmişəm. Qarşıda hələ 3 oyun var. Biz meydanda var gücümüzlə çıxış edirik. Sadəcə, elə olur ki, istədiklərimizi tam şəkildə reallaşdıra bilmirik. Meydana çıxarkən fikrimizdə qalibiyyət ab-havası olur. Həm azarkeşlərimizə, həm də rəhbərliyə sevinc yaşatmaq istəyirik. Sadəcə, futbol budur. Hər zaman qələbə olmur. Məğlubiyyətlər və heç-heçələr də olmalıdır.
– Bu il komandanın çempionluq iddiaları nə qədər güclüdür?
– Ötən il də birincilik üçün sona qədər “döyüşdük”. Bizim üçün yenə də dəyişən bir şey yoxdur. Birinci olmaq, kuboku qazanmaq istəyirik. Yəni hədəflərimiz həmişə olduğu kimi yüksəkdir. Davam edəcəyik və bu yolda əlimizdən gəldiyi qədər yaxşı oynamağa çalışacağıq.
– “Qəbələ”də uzunmüdətli qalmaq istəyirsən? Yəni başladığınız bu uğurların ardını gətirmək üçün?
– Bu qədər uzunmüddətli proqnoz verə bilmərəm (gülür). Hələ bu mövsüm başa çatsın. Hələ ki, bu komandadayıq və formasını geyirik. “Qəbələ”də oduğum müddətdə komanda üçün nə lazımdırsa, edəcəm.
– Son oyunlardan sonra “Krasnodar”ın əvvəlcədən də gözlənildiyi kimi 1/16 final mərhələsinə PAOK və “Qəbələ”dən daha yaxın olduğu ilə razısan?
– İndiki mənzərə onu göstərir ki, mən sizinlə razılşmaya bilmərəm. Çünki “Krasnodar” daha çox xal toplayıb. Ümumiyyətlə, əvvəlcədən də bilirdik ki, kimlər daha güclüdür. “Krasnodar”ın ötən il Avropa Liqasındakı oyunlarına da baxmışdıq. Bəlli idi ki, bu komanda ilə ikincilik mübarizəsi çətin olacaq. Amma ümidimizi üzməmişik. Qarşıda hələ 3 tur var.
– Oyunlarınıza baxsaq, Rafael Santosun yoxluğu əməlli-başlı hiss olunur…
– Rafael Santos yaxşı futbolçudur. Həqiqətən də o bizə çox kömək edirdi. Amma şəxsən mən istəmirəm ki, elə fikir yaransın ki, “Qəbələ”ə 1 futbolçudan asıldır. İnanıram ki, Rafael tezliklə heyətə qayıdacaq. Biz də istəyirik ki, tam heyətlə mübarizə apara bilək.
– “Qəbələ”də keçirdiyin ən yaxşı oyun hansıdır?
– Fikrimcə, mənim, eləcə də komandamın ən yaxşı oyunu hələ irəlidədir. Buna kimi keçirdiyimiz matçlardan heç birinin adını çəkə bilmərəm. Ümumiyyətlə, keçmişə qayıtmağı sevmirəm. Ümid edirəm ki, gələcəkdə bizim yaxşı oyunlarımızı görəcəksiz.
– İstənilən futbolçu adaptasiya prosesi keçir. Real qiymətləndirsək, Ukraynadan gəlmiş futbolçu üçün Qəbələdə yaşamaq çətin deyil ki?
– Fikrimcə, burda yaşamaq çətin deyil, asandır. Bilirsiz, insanın ailəsi yanında olanda hər şey asan gəlir. Düzdür, biz Ukraynadan gəlmişik və Azərbaycanla bu ölkə arasında yaşayış fərqi var. Amma ailəm yanımda olduğu üçün heç bir çətinliyi yoxdur. İstədiyim hər şeyi burada edə bilirəm. Özüm düşündüyüm qədər rahatam.
– UEFA kubokunun qalibisən, avrokuboklarda kifayət qədər çıxış etmisən və təcrübəyə maliksən. Sənin kimi futbolçu üçün yarıboş tribunalar önündə oynamaq nə deməkdir?
– Mən boş stadionlar üçün nə edə bilərəm ki? Yavaş-yavaş boş tribunalara da öyrəşirik. Razıyam ki, biz daha yaxşı çıxış etməliyik ki, azarkeşlər də stadiona gəlməlidir. Amma indiki halda götürsək, tərəfdarlar stadiona gəlməlidirlər. Çünki “Qəbələ” onlara uğurun nə olduğunu göstərib. Onlar komandalarını qələbəyə kökləməlidirlər. Ən azından yerli fanatlar yaxın ölkələrə Türkiyəyə, Rusiyaya, Ukraynaya baxa bilərlər. Nümunə götürsələr, yaxşı olar. Dəxli yoxdur ki, komanda iddialıdır, iddasızdır, dar gündədir azarkeş kömək olmalıdır. İnkişaf etmək heç zaman gec deyil. Sadəcə, cəhd göstərmək lazımdır. Klub irəli getməyə cəhd edirsə, azarkeş də cəhd etməlidir.
– Azərbaycanda yaxşı vəziyyətdə olan stadionların azdır. Bu komandaların oyununa, çempionatın səviyyəsinə nə dərəcədə təsir edir?
– Futbol meydanda oynanıldığı üçün stadionların yaxşı olması şərtdir. Deməzdim ki, Azərbaycanda bu yöndə vəziyyət lap bərbaddır. Amma müəyyən stadionlar var ki, orda oynamaq olmur. Süni örtüklü meydançalar yaxşı futbola mane olur. Lakin orada belə qələbə qazananda hər şeyi unudursan.
– Hər şeyi kənara qoysaq, çempionatın vəziyyəti o qədər də ürəkaçan deyil. Maliyyə problemləri baş alıb gedir. Rəqibləriniz səni qane edirmi?
– Məni qane etməyən heç nə yoxdur. Digər komandalara qiymət verə bilmərəm. Oynadığım komandadan götürsəm, narazı qalacağım heç nə yoxdur.
– “Qarabağ” və “Qəbələ” 3 cəbhədə mübarizə aparsa belə, bu çempionat onlar üçün rahat keçəcək. Ən azından onlara mane ola biləcək bir rəqib görünmür…
– Belə düşünmək yanlışdır. Çünki elə son oyuna – “Zirə” ilə matça baxaq… Biz xal itirdik. “Qarabağ” “Sumqayıt”a uduzdu. Çempionat hələ təzə başlayıb, və birinci dövrə yeni başa çatdı. “Qarşıda” hələ 7 aylıq marafon var. Kim tez finişə çatacaq bunu sonuncu turda bilərik. Amma heç də rahat deyilik və digər rəqiblərə də hörmət edirik.
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm