Dünya futbolu
"Real"ın zədəliləri sağaldı
"Real" klubunun 4 futbolçusu zədəsini sağaldıb. F…
"Real" klubunun 4 futbolçusu zədəsini sağaldıb. Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Mənbədən bildirilir ki, bunlar Xames Rodriqes, Pepe, Kərim Benzema və Alvaro Arbeloadır. Futbolçular artıq komanda ilə ümumi məşqlərə başlayıb. Onların İspaniya La Liqasında "Las-Palmas"a qarşı matçda iştirak edəcəyi gözlənilir. Həkimlərin rəyinə görə, Benzemanın meydana çıxmaq şansı digərlərinə nisbətən daha çoxdur.
Qeyd edək ki, "Real" – "Las Palmas" oyunu oktyabrın 31-də keçiriləcək.