Ölkə futbolu
"Anderlext" "Qarabağ" məğlubiyyətinə görə fanatlarına kompensasiya ödədi
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçi…
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Bakıda “Qarabağ”a 0:1 məğlub olan Belçika “Anderlext”inin azarkeşləri tribunalarda coşaraq, sevimlilərindən haqq-hesab tələb etmişdi. Bundan sonra klubun meneceri Herman van Holsbek “sülhməramlı” çıxış etmişdi: “Azarkeşlərimizin iradlarını anlayırıq. Onlar uzun yol qət edib, bizi Azərbyacanda dəstəkləmə gəlmişdilər. Bunun qarşılığını hansısa bir formada verməliyik”.
Futbolinfo.az xəbər verir ki, oktyabrın 1-də baş tutan oyuna görə azarkeşlərə hansı şəkildə kompensasiya ödəniləcəyi bəlli olub.
Paytaxtımıza təşrif buyurmuş 53 fanata komandanın futbolçularının imzası ilə maykaları hədiyyə edilmiş, habelə Silvio Proto, Tilemans və Stefano Protonun müşayiəti ilə klubun bazasında gəzinti təşkil edilib. Bundan əlavə, sözgedən azarkeşlərə Avropa Liqasının qrup matçları üçün endirimli qiymətlərlə biletlər verilib. Ümumilikdə 3 oyuna görə Bakıya gələn fanatlar 50 avrolarından keçəcəklər. “Tottenhem”lə görüşə görə – 34, “Monako”ya qarşı oyuna görə – 12 və “Qarabağ”la matça görə – 4 avro ödəməklə, qarşılaşmaları tribunadan izləyə biləcəklər.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?