Premyer-liqa
Polis "Neftçi" azarkeşlərini stadiondan qovdu
Bu gün Topaz Premyer Liqasında X tura start verilib. Futbolinfo….
Bu gün Topaz Premyer Liqasında X tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Neftçi" doğma meydanda "İnter"lə qarşılaşır.
Hazırda "Bakcell Arena" keçirilən oyunda qalmaqal yaşanıb. Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, Ev sahiblərinin bir qurup azarkeşi komandasının qolundan sonra sevinərək, tribunada fakel yandırdığı üçün polis onları stadiondan qovub. "Ağ-qaralar"ın arenadakı digər fanatları da buna etiraz olaraq plakatlarını da toplayıb, tribunanı tərk ediblər.
"Neftçi" rəhbərliyi hadisəyə müdaxilə edib, fanatları tribunaya qaytarmaq istəsə də, bu cəhd boşa çıxıb. Bakı klubunun rəhbərliyi bir daha cəhd edib və polislə danışıqlardan sonra əksər azarkeşlər tribunaya qaytarılıb.
***
"Neftçi" rəhbərliyi polislərələ danışıb, azarkeşləri tribunaya qaytarsa da, fanatlar 2-ci hissə başlayarkən, yenidən stadionu tərk edib. Əldə etdiyimiz məlumata görə, buna səbəb sözügedən azarkeşlərədn birinin polis tərəfindən saxlanılaraq, şöbəyə aparılması olub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir