Ölkə futbolu
Həm "Qəbələ", həm də "Borussiya" üçün ilk
Avropa Liqasının 4-cü turu çərçivəsində ke&cce…
Avropa Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Borussiya” (Dortmund, Almaniya) – “Qəbələ” matçını Sebastyan Delferier idarə edəcək. Ona Yves de Neve və Rien Vaynzere kömək edəcək. Əlavə hakim funksiyasını isə Conatan Lardot və Erik Lamberşts daşıyacaq.
Belçikalı Delferier UEFA-nın 2-ci kateqoriyalı hakimlər siyahsındadı. 34 yaşlı ədalət təmsilçisi 2010-cu ildən FİFA referisidi. O, məşqçilər məktəbində işləyir. İngilis, fransız və holland dillərini bilən “qara paltarlı” daha öncə heç vaxt nə təmsilçəlimizin, nə də ki, "Borussiya"nın iştirakı ilə matç idarə etməyib.
Fit sahibi 5 il ərzində 38 beynəlxalq oyun idarə edib. Sözügedən hakim bu qarşılaşmalarda futbolçulara 145 sarı, 8 qırmızı vərəqə göstərib. Bundan başqa, 13 dəfə də qapılara penalty təyin edib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?