Ölkə futbolu
Dortmunddakı darmadağının şahidi yenidən "Qarabağ" üçün gəlir
Avropa Liqasının (AL) 4-cü turu çərçivəsində k…
Avropa Liqasının (AL) 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ”– “Monako” (Fransa) matçını baş hakim Pavel Kritsian Balay idarə edəcək. Ona Ovidiu Artene və Valentin Avram kömək edəcək. Əlavə hakim funksiyasını isə İstvan Kovac və Radu Petresku daşıyacaq.
Rumıniyalı Balay UEFA-nın 1-ci kateqoriyalı referiləri siyahsındadı. 2008-ci ildə ölkəsində ən yaxşı hakim seçilən 34 yaşlı ədalət təmsilçisi 2003-cu ildən FİFA referisidi.
O, ixtisasca şirkət meneceridi. İngilis və alman dillərini bilən “qara paltarlı” daha öncə 2 dəfə təmsilçilərimizin matçını idarə edib. Referi 2010-cu ildə AL-in pley-off mərhələsi çərçivəsində Dortmundda keçirilən “Borussiya” – “Qarabağ” (4:0) görüşündə fit çalıb. Balay həmin görüşdə almanların 3 futbolçusuna sarı vərəqə göstərsə də, bizimkilərə qarşı “səxavətli” olub.
Referinin təmsilçilərimizlə 2-ci dəfə yolu isə ötən AL-in 3-cü təsnifat mərhələsində kəsişib. Bakıda keçirilən “Neftçi” – “Çixura” (Gürcüstan) qarşılaşmasında qol qeydə almayan ədalət təmsilçisi bu dəfə də futbolçularımızı cəzalandırmayıb. Referi yalnız rəqib komandanın 1 futbolçusuna sarı vərəqə göstərməklə kifayətlənib.
Təcrübəli hakim 56 beynəlxalq oyun idarə edib. Sözügedən referi bu qarşılaşmalarda futbolçulara 201 sarı, 11 qırmızı vərəqə göstərib. Bundan başqa, 17 dəfə də qapılara penalti təyin edib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?