Bizi izləyin

Premyer-liqa

Yağışda islanıb, günəşin qurutduğu turun mənzərəsi

Topaz Premyer Liqasının XI turu yağışlı, qarlı, dumanlı havada…

blank
Topaz Premyer Liqasının XI turu yağışlı, qarlı, dumanlı havada başladı,  günəş kürəyi isidəndə sona çatdı. Yağışın isladıb, günəşin qurutduğu turda hansı izlər qaldı? Birgə nəzər salaq…
Nadir hadisələrdən biri… 
Oyunun iki günə keçirilməsinə Azərbaycanda nadir hallarda rast gəlinib. Yaxın keçmişə nəzər salsaq, Zaqatalada bir oyunun duman, Bakıda isə qar səbəbindən təxirə salındığını deyə bilərik. XI turda keçirilən “Qəbələ” – “Kəpəz” görüşünün də başının üstünü duman aldı. 31 oktyabrda 29-cu dəqiqədən etibarən təxirə salınan matçda oyunun qalibi seçki günündə seçildi. 2-1 hesabı ilə qalib gələn “Kəpəz” əslində sensasiyaya imza atmadı, sadəcə gözələnilən məğlubiyyəti “Qəbələ”əyə yaşatdı. Məncə, “Qəbələ” üçün 3 xal itkisi  elə də ciddi problem deyil. Ən ciddi problem isə əsas qapıçı Dmitri Bezatosnının sıradan çıxmasıdır. Ən azından 1 ay yaşıl meydançalardan kənarda qalacaq qolkiperin yoxluğu şimal təmsilçisi üçün böyük təhlükədir. 
“Qəbələ”yə nə olub?
Sıx qrafikdə keçirilən 3 oyunda “Qəbələ” cəmi 2 xal qazandı. Bütün bunlar ondan xəbər verir ki, “qırmızı-qaralar” iki cəbhədə vuruşmağa hələ hazır deyil… Ümumiyyətlə, belə hallarda həmişə problemlər meydana çıxır. “Qəbələ”də bu problemlər isə daha aşkar görünür. Bunun səbəbi isə əyalət təmsilçisinin ilk belə təcrübə yaşamasıdır. Hazırda komanda çox istəkli görünsə belə, futbolçuların sifət cizgilərində dastan şəkilində olan yorğunluq ifadələrini aşkar sezmək mümkündür. 
Raydell Pupon üçün olan əlavələr
AZAL son turların döyüşkən kollektiv təsirini bağışlasa da, bütün bunlar “Qarabağ” üçün yetmədi. Ağdam təmsilçisi tarixinin ən sönük oyunlarından birini keçirməsinə baxmayaraq, "təyyarəçilər" üzərində 2:0 hesablı qələbə qazana bildi. Əfran İsmayılovun qol vurması adi hal olsa da, Raydell Puponun “Qarabağ”ın heyətində ilk qolunu vurması əlamətdar hadisədir. Hətta bunu Qurban Qurbanov da etiraf etdi…
Ən maraqsız oyun… 
Topaz Premyer Liqasının XI turunun “İnter” – “Zirə” görüşünü bəlkə də mövsümün ən darıxdırıcı, ən məzmunsuz oyunu kimi qələmə verə bilərik. Oyun barədə, sözün əsl mənasında yazmağa heç nə yoxdur. Ardıcıl top itkilərinin, məntiqsiz hücumların olduğu oyundan nə yazasan? Oyundan çox onun ətrafında baş verənlərdən danışsaq, daha maraqlı olar. “Zirə”nin cəzalı  baş məşqçisinin Adil Şükürova tribunada oturması üçün “İnter” tərəfindən edilən süni maneələr, oyundan sonra isə ev sahibi futbolçuların verdiyi açıqlamalar hələ çox problemi həll etməli olduğumuza işarədir. 
Samirlərin döyüşündə “Ə” “A”dan öndə oldu 
Məğlubiyyətə baxmayaraq, “Sumqayıt” bəlkə də tarixinin ən çox qol epizodunu yaratdı. Komanda oyuna həqiqətən də çox istəkli başladı və öz qolunu vurdu. Ümumiyyətlə, ilk hissədə meydançada 1 komanda vardı – bu da “Sumqayıt” idi. Ardıcıl qurulan məntiqli və sürətli hücumlar “Neftçi”ni həqiqətən də aciz duruma salmışdı. İkinci hissənin əvvəlində də heç nə dəyişmədi. Hər şey plan üzrə getdiyi vaxtda Samir Abasovun oyun stilini dəyişib, daha çox müdafiəyə çəkilməsi bəlkə də, oyunda dönüş nöqtəsi oldu. Məhz çox müdafiə olunmağın yaratdığı səhvlərdən sonra “Neftçi” bərabərlik qolunu, daha sonra isə qələbə qolunu vurdu. Dönüş yarada bilməsinə görə, “Neftçi”ni alqışlamaqdan öncə bu cür məzmunsuz oyuna görə günlərlə tənqid etmək lazımdır. Çıxış yolu tapılmalıdır!
“Rəvan” can üstə olan “Xəzər Lənkəran”a da uduzdu
Elə oyunlar var ki, qələbə 3 xal yox, 6 xal qazandırır. Dünən “Xəzər Lənkəran” “Rəvan”la oyunda qalib gəlib, aktivinə 6 xal yazdırdı. Çünki hazırda “sarı-qırmızılar” Lənkəran təmsilçisinin dişinə görə rəqibdir. Əslində, görüşdən öncə paytaxt klubunun şansları daha yüksək idi. Nisbətən geniş heyət, meydan amili Bəhmən Həsənovun kollektivinin tərəfində idi. Oyunun gedişində Skarlatakenin zədə alması da ev sahibləri üçün üstünlük idi. Amma indiyə qədər qələbə üzünə həsrət qalan "aslanlar" bütün bu üstünlüklərin fonunda yenə meydanı başıaşağı tərk etdi. 11 oyunçunu güc bəla ilə tapıb, heyət quran Yunis Hüseynovu isə alqışlamaq lazımdır. Ən azından dekabrın sonuna kimi…
TİMUÇİN
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-07 01:31

“Mançester Yunayted” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-07 01:12

“Lill” doğma meydanda 4 qola üzüldü

blank
Dünya futbolu2024-05-07 00:56

“Atalanta”dan qələbə, “Napoli”dən xal itkisi

blank
Digər idman növləri2024-05-06 23:38

Azərbaycan karateçiləri AÇ-də mübarizə aparacaqlar

blank
Dünya futbolu2024-05-06 23:19

“Fənərbaxça” yenə xal itirdi

blank
Ölkə futbolu2024-05-06 22:50

AFFA-dan tələbələr üçün master-klass

blank
Premyer-liqa2024-05-06 22:31

“Komandanın yeni olması bu problemləri artırdı” – Diniyev

blank
Premyer-liqa2024-05-06 22:15

“Bu, inkişaf üçün çox vacibdir” – Sxadadze

blank
Premyer-liqa2024-05-06 21:58

“Səbail” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-05-06 21:31

AÇ-də iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli oldu

blank
Premyer-liqa2024-05-06 20:54

“Səbail” “Qəbələ”yə məğlub oldu

blank
I Liqa2024-05-06 20:17

Liderdən növbəti qələbə

blank
Əvəzedicilər2024-05-06 19:29

“Sabah”ın əvəzedicilərindən 8 qolluq darmadağın

blank
Digər idman növləri2024-05-06 19:00

Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb

blank
Digər idman növləri2024-05-06 18:38

Romadakı turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-05-06 18:19

Nazir Avropa çempionunu qəbul etdi

blank
Digər idman növləri2024-05-06 18:00

Bakı dünyanın “İdman Paytaxtı” seçilib

blank
Digər idman növləri2024-05-06 17:45

AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü

blank
Dünya futbolu2024-05-06 17:31

Ferran icarəyə gedəcək

blank
Digər idman növləri2024-05-06 17:17

Azərbaycan üzgüçülərindən Rusiyada 9 medal

blank
Digər idman növləri2024-05-06 17:02

“Kür” və “Bakı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-06 16:48

Ulduz cütlük ayrıldı

blank
Digər idman növləri2024-05-06 16:31

Yarımfinal oyunlarının tarixləri dəqiqləşdi

blank
Digər idman növləri2024-05-06 16:16

Azərbaycanı AÇ-də 22 samboçu təmsil edəcək

blank
Ölkə futbolu2024-05-06 16:01

Ayaz baxımlı qolundan danışdı: “Lakin əsas olan qələbədir”

blank
Dünya futbolu2024-05-06 15:47

“Tottenhem” Riçarlisondan narazıdır

blank
Milli komanda2024-05-06 15:32

Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-06 15:15

Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu

blank
Milli komanda2024-05-06 15:01

Azərbaycan yığmasının seçmə mərhələdəki oyunlarının vaxtı bəlli oldu

blank
Ölkə futbolu2024-05-06 14:46

“Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm