Milli komanda
Elxan Məmmədov millinin üzvləri ilə görüşdü – FOTO
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Mərdəkan qəsəb?…
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində yerləşən Mili Komandaların Təlim-Məşq Mərkəzində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Futbolinfo.az xəbər verir ki, baş katib komandaya Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıb.
U-19-un baş məşqçisi Nazim Süleymanov oyunlara hazırlıq üçün yaradılmış şəraitə görə assosiasiya rəhbərliyinə təşəkkür edib, seçmə mərhələdə uğurlu çıxış etmək üçün hər bir futbolçunun səylərini əsirgəməməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının mübarizə aparacağı 5-ci qrupun oyunları 10, 12 və 15 noyabr tarixlərində Bakıda təşkil olunacaq. Yığmamız Bosniya və Herseqovina, Ukrayna və Türkiyə komandaları ilə mübarizə aparacaq.
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-08 18:55
“Qəbələ” futbolçuları Gəncədə döyüldü