Müsahibə
Tərlan Əhmədli: "Bunlar ağlamağıma səbəb oldu"
“Sumqayıt”ın və 21 yaşlılardan ibarət milli komandam…
“Sumqayıt”ın və 21 yaşlılardan ibarət milli komandamızın qapıçısı Tərlan Əhmədlinin futbolinfo.az saytına müsahibəsi:
– Qarşıdan milli komandamızın Almaniya ilə çətin səfər matçı gəlir. Bu oyun haqda nə fikirləşirsən?
– Oyuna ciddi hazırlaşırıq. Çətin matç olacağını bilirik. Buna baxmayaraq, səfərdən xalla qayıtmaq istəyirik.

– Qarşınıza qoyulan əsas məqsəd nədi? Ümumiyyətlə, bu görüşdən xal götürmək nə dərəcədə realdı?
– Bu futboldu, hər şey mümkündü. Məqsədimiz adımıza layiq futbol oynayıb, ölkəmizi layiqincə təmsil etməkdi.

– Artıq Topaz Premyer Liqasında 12 tur arxda qalıb. Geridə qalan müddəti “Sumqayıt” üçün necə dəyərləndirirsən?
– Nəticə o qədər də ürəkaçan deyil. Amma komandamızın oynadığı futbol məncə, gələcəkdə uğur qazanmağımıza səbəb ola bilər. Hələ heç nə bitməyib, hər şey qabaqdadı.

– Artıq baş məşqçi Aqil Məmmədov komandada yoxdu. Onu Samir Abasov əvəz edib. Bu iki mütəxəssis arasında əsas fərq nədədi?
– İkisi də yaxşı məşqçidi və üzərimdə haqqları var, fərq qoymaq istəməzdim. Aqil müəllim müdafiə futboluna üstünlük verirdi. Amma Samir müəllim daha çox taktiki və hücum futbolu oynatmağa çalışır.

– Sənin üçün hansı rahatdı?
– Mən futbolçuyam, məşqçinin kim olduğunun fərqi yoxdu. Əsas məqsədim komandaya faydalı vermə və məşçilərin verdikləri tapşırıqları yerinə yetirməkdi.

– Necə düşünürsən, “Sumqayıt”a legioner futbolçu lazımdı?
– Nəinki “Sumqayıt”a, dünyada hər bir kluba səviyyəli legioner kömək edə bilər. Həmin futbolçu səviyyəsi ilə gənc futbolçuların inkişafına təkan verər.

– Son turda “Zirə” ilə matçda yaxşı oynasanız da, məğlub oldunuz…
– Çox çalışdıq. Amma “Zirə” boşluqlardan yararlana bildi və qalib gəldi. Qələbə münasibəti ilə rəqibi təbrik edirəm.

– Deyəsən, bu məğlubiyyət sənə çox pis təsir etmişdi. Göz yaşlarını saxlaya bilmədin…
– Təbii ki, pis təsir etdi. Çünki heç vaxt, heç yerdə, heç kimə məğlub olmaq istəmirəm. Əsəbimdən ağladım. Məğlubiyyət çox pis təsir etdi.

– Əvvələr də bəzi matçlarda məğlub olmağınıza baxmayaraq, ilk dəfə idi ki, səni bu qədər əsəbi görürdük. “Zirə” ilə görüşü digərlərindən fərqli edən nə idi?
– Bu matçın digərlərindən fərqi yox idi. Sadəcə, həmişəki kimi bu matçda da uduzmaq istəmirdim. Buraxdığımız elementar səhvlər göz yaşlarıma səbəb oldu.

ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”