Ölkə futbolu
Federikonun meneceri əməliyyatdan danışdı: "Durumu yaxşıdı" – FOTO
“Kəpəz”in zədəli futbolçusu Dario Federiko Braz…
“Kəpəz”in zədəli futbolçusu Dario Federiko Braziliyanın San-Paulu şəhərində “Drvitorpadua” klinikasında əməliyyat olunub. Futbolinfo.az xəbər verir ki, meniski zədələnən və xaçabənzər diz bağı hissəvi qırılan yarımmüdafiəçini tanınmış cərrah Vitor Barion Padua əməliyyat edib.
Frederikonun əməliyyatı uğurla keçib və futbolçu hazırda özünü yaxşı hiss edir. Bu barədə klub saytına braziliyalının meneceri Vaqif Heydərli məlumat verib: “Dario eyni vaxtda iki əməliyyat olunub, indi durumu yaxşıdır. Vəziyyəti ilə bağlı həkimlə danışmışıq. Futbolçunun nə vaxt məşqlərə başlaya biləcəyi haqda hələ dəqiq söz deyilmir. Hər şey Frederikonun müalicə kurslarının, fizioterapiyanın gedişindən asılı olacaq. Amma deməliyəm ki, Darionun əməliyyatı yaxşı keçib, ümidverici olub. Yaxın 2-3 həftədən sonra onun durumu barədə dəqiq fikir bildirmək mümkün olacaq”.
Sonda qeyd edək ki, "sambaçı" 3 gündən sonra əməliyyat olunduğu klinikadan evə buraxılacaq.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”