Ölkə futbolu
Dodo: "Uğurların davamını gətirməliyik"
“Qəbələ”nin kapitanı Dodo Braziliya mətbuatına m&u…
“Qəbələ”nin kapitanı Dodo Braziliya mətbuatına müsahibə verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Azərbaycan klubundakı çıxışından və Avropa Liqasının qrup mərhələsindən danışıb.
“Sambaçı” həmçinin bu mövsüm ilk dəfə Azərbaycan çempionu olmaq istədiklərini bildirib: “Bu mövsüm bizim üçün möhtəşəm oldu. Avropa Liqasının qrup mərhələsində oynayırıq. Bu, böyük uğurdur. Bizə daha vacib qələbələr lazımdır. “Qəbələ”nin uğurlarının davamını gətirməliyik. Həmçinin bu mövsüm ilk dəfə çempion olmaq istəyirik. Bu klubla tarix yazmaq istəyirəm. Azarkeşlərimiz ən yaxşı qələbələrə layiqdirlər. Onlar bizə hər zaman dəstək olurlar. Komandamız yaxşı formadadır və uğur qazana biləcəyimizə inanıram”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…