Premyer-liqa
Adil Şükürov: "Tapşırıqları tam yerinə yetirə bilmədik"
Bu gün Topaz Premyer Liqasının XIII turunda daha iki qarşıla?…
Bu gün Topaz Premyer Liqasının XIII turunda daha iki qarşılaşma keçirilib. Futbolinfo.az xəbər verir ki, "Rəvan" öz meydanında "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.
"Bayıl Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Adil Şükürov məğlubiyyəti belə şərh edib:
“Rəvan”ı qələbə münasibəti ilə təbrik edirəm. Biz isə iki həftə ərzində işlədiyimiz tapşırıqları tam yerinə yetirə bilmədik. Daha sürətli futbol oynamağa çalışdıq, lakin ümumi səhvlərimiz vardı. Rəqib qələbə qazanmağımıza imkan vermədi. Açığı, futbolçular meydançada istəkli idilər, qələbə qazansaydıq, turnir cədvəlində yerimiz dəyişəcəkdi. Lakin alınmadı".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”