Bizi izləyin

Müsahibə

Nizami Hacıyev indi də sponsorlara səsləndi

Topaz Premyer Liqasının 13-cü turunda baş tutan “İnter&…

blank
Topaz Premyer Liqasının 13-cü turunda baş tutan “İnter” – AZAL (2:0) matçından sonra meydan sahiblərinin hücumçusu Nizami Hacıyev futbolinfo.az-ın suallarını cavablandırıb:
– Nizami, bu gün sanki oyunun alınmırdı…
– Bəli, baş məşqçimizlə də bayaq söhbət etdik. O da komandamızın ümumən pis təsir bağışlamdağını bildirdi. Düzü, özümə qarşı bir az tələbkaram, oyunumu yenidən təhlil edəcəm. Fikrimcə, bu gün istədiyim kimi çıxış edə bilmədim. Amma bizə vacib olan 3 xal qazanmaq idi. Çünki rəqiblərmizin çoxu xal itirmişdi və biz də əlimizdən gələni edib, qələbə qazanıb, 2-ci pilləyə qalxmalı idik. Məqsədimiz bu idi. Təəssüflər olsun ki, maddi durumumuz  qaydasında deyil. Matçdan öncə futbolçularla sözü bir yerə qoyduq ki, bu gün bizim üçün vacib olan 3 xaldı. Bütün Azərbaycana göstərməliyik ki, pulumuz, qayğımız da olmasa, ən azı biz yüksək yerə layiqik. 
– Bu gün hücumlara çıxanda son anda qərar verməkdə çətinlik çəkirdin…
– Ola bilər bir az çətinlik var idi. Mən deyərdim ki, bu, qlobal problem deyil. Bu hər bir futbolçuda olur. Karyeramız ərzində elə matçlar olur ki, oyunumuz alınmır. Amma yəqin ki, qələbədə cüzi də olsa payım var. Bu mənə bəs edir. İndi özüm haqda fikirləşmirəm. Vacib olan mənim necə oynamağım yox, 3 xal idi. 
– Son qarşılaşmalarda nəticələr olsa da, komanda sanki bir az darıxdırıcı oyun nümayiş etdirir. Bu nədən irəli gəlir?
– Ümumiyyətlə, maçtdan öncə baş məşqçi ilə söhbət etmişdik. Oyuna aqressiv başlamırıq, qısa paslarla topu saxlamaq istəyirik. Ola bilər bu da qıraqdan bir az pis görünür. Amma “qalibi mühakimə etməzlər”. Bu bizə yetərlidi.
– Matça 80 nömrəli forma ilə başlasan da, oyunun gedişində protokolda qeyd olunan 8 nömrəli futbolka ilə dəyişdin. Maraqlıdı, nə baş verirdi?
– Bu çox qəliz məsələdi, ona görə də çox danışmaq istəmirəm. Özümü “yandıra” bilərəm.
– Belə başa düşdük ki, səhv səndədi…
– Əlbəttə, klubun heç bir işçisində günah yoxdu. Səhvdi, hər bir klubda olur. Etdiyim səhvin də cəzasını çəkməyə hazıram. 
– Baş məşqçiniz bu il əsas hədəfinizin "ilk üçlüy"ə düşmək olduğunu bildirdi. Siz futbolçular buna inanırsınız?
– Bəli, inanırıq. 13 turdan sonra 2-ci yerdə gedirik. Sadəcə bizə yanvarda rəhbərliyin inanmağı və cüzi miqrdar da kömək göstərilsə "ilk üçlük"də rahat oynaya bilərik. Bizə bir az təkan lazımdı, müəyyən mövqelərdə güclənmək, xaricə təlim-məşq toplanışları keçmək oyunlarımıza təsir edir. Futbolçu əgər qayğını hiss edirsə, məsuliyyət var. Məsuliyyət yoxdusa, sonra nəticə də olmur. Biz də əlimizdən gələni edirik ki, sponsorlar bizə inansınlar. İndi də 2-ci yerdəyik. “Kəpəz”lə oyuna kimi vaxtımız var. Rəhbərliyin də vaxtı var, seçimlərini etməlidilər. Yenə də deyirəm bizə rəhbərliyin inamı və maddi kömək lazımdı. Qalanı futbolçuların işidi. 
– Rəhbərlik deyəndə kimləri nuəzərdə tutursan? Çünki bir müddət öncə müsahibələrinin birində klub rəhbərliyinin kim olduğunu bilmədiyini demişdin…
– Düzü, mən də mətbuatda oxuyuram ki, “Beynəlxalq Bank” bizə rəhbərlik edəcək. Bu gün bizə cüzi miqdarda da olsa, maaş verən adıçəkilən bankdı. Deyilənlərə görə, “Beynəlxalq Bank” bizə sponsor olacaq. Bunu nəzərə alıb, deyirəm ki, əgər bank bizə sponsorluq etsə, seçimində yanılmayacaq. İndi “İnter” kimi klublar çox azdı. Bunu etiraf etmək lazımdı. 2-ci yerdə gedirik, bazamız, şəraitimiz var. Sadəcə, bu klubu maliyələşdirib, yüksəyə qaldırmaq lazımdı. Futbolçuların əsas vəzifəsi oynamaqdı ki, bunu da edirik.  
– Heyətdə olan futbolçuların içərisində ən təcrübəlilərdənsən və uzun illərdi ki, “İnter”in şərəfini qoruyursan. Amma ən çox maddi problemlərdən də şikayətlənən sənsən. Maraqlıdı, səncə bu, komandada olan digər yeni və gənc futbolçulara da mənfi təsir göstərmir? Bu vəziyyətdə ən çox sən fədəkarlıq etməli deyilsənmi?
– Əlbəttə, klubda xadiməçidən tutmuş aşpaza, prezidentə kimi hamını tanıyıram. Bunu mən, Səlahət deməlidi. Çünki komandaya yeni gəlmiş futbolçulara da başa salırıq ki, bu sizə aid olmayan bir şeydlərdi, sadəcə, futbolunuzu oynayın, meydançadan kənarda biz çalışacağıq. 
– Maraqlıdı ki, heç yeni futbolçular çox şikayətlənmir. Əsasən, sən və Səlahət Ağayev şikayətlənirsiniz…
– Çünki biz bilirik axı bu komandada nə pullar, nə imkanlar olub. Hazırda aldığımız maaş “İnter”in tarixində olmamışdı. Ona görə də biz müəyyən insanlara səslənmək istəyirik. Mənə komandanın rəhbərinin kim olacağı maraqlı deyil. Əsas komandanın məhv olmamasıdı. “İnter” dağılmağı, vallah, Azərbaycan futboluna ziyandı. Bu gün biz digər klublarla başabaş mübarizə aparırıq. Hətta yeri gələndə bəzən üstələyirik də. Azərbaycan çempionatından “İnter”i çıxsaq, yerdə heç nə qalmaz. Başqa hansı ölkədə belə maddi durumda olan klub 2-ci yerdə gedir? 
– 1-2 komandanı çıxsaq, digərlərinin maddi durumu “İnter”dəkindən də betərdi…
– Maddi durumu zəif olan klublarımız var. Amma bu gün müzakirə edəndə nəticəni ortaya çıxardıqda görürük ki, biz 2-ci pillədəyik, amma digər klublar axırıncı yerlərdədilər. Belə olan təqdirdə də sponsorlar seçim etmək istyəndə də, 2-ci yerdə olana üstünlük verəcək. Hansısa komandanın, futbolçunun bizdən zəif olduğunu deyə bilmərəm. Sabah onların yerində mən də ola bilərəm. Bu gün “İnter” normal futbol oynayır, mübarziə aparır. Ona görə də mən bu nöqteyi nəzərdən sözümü deyirəm. Bütün komandalara hörmətim var. Əksər klublarda futbolçular var ki, uşaq vaxtından bir yerdə çıxış etmişik. Pis, yaxşı günlər keçirmişik. Amma bu gün “İnter” 2-ci yerdədi. Biz yaxşı tərəfdən köməkliyə layiqik. Həmçinin, də digər klublar. “Rəvan” “Neftçi”ni, “Zirə”ni məğlub edir. Deməli orada hansısa motivasiya çatmır ki, daha da yuxarılara qalxa bilsin. Ola bilər qıraqdan elə görünsün ki, bu gün AZAL-ı asanlıqla məğlub etdik. Belə deyil? Rəqib futbol oynamağa imkan vermirdi. Bu da baş məşqçinin qurduğu taktikadı. “Xəzər Lənkəran”nın vəziyyətinə baxanda adam pis olur. Mən bu klubun şərəfini 1 il qorumuş, tribunalarda boş yer görmürdüm. İndi oyunlara 2000 azarkeş gəlir. Bu çox acınaqlı durumdu. 17-18 yaşımda Lənkərana matçlara gedəndə məni ağlamaq tuturdu. Amma indi evdə uduzurlar. Bunlar hamısı Azərbaycan futboluna ziyandı. Ona görə də bütün sponsorlara səslənmək istəyirəm ki, Azərbaycan futbolu sizin əlinizdədi. Pulsuz-parasız heç nəyə nail ola bilməyəcəyik. 
– Qışda müqavilən başa çatacaq. Yeni sazişə imza atmaq fikrin varmı?
– İndi müəyyən danışıqlar var. Ondan sonra isə dekabrın sonunu gözləməliyik. 
– Əgər “İnter”in maddi durumu bu vəziyyətdə qalsa, hansı seçimi edəcəksən?
– Belə olan təqdirdə başqa klubdan bundan yaxşı təklif olsa, yəqin ki, gedəcəm. Bunu hər futbolçu edər. Təkliflər var idi, Səlahətlə düşündük ki, dekabrdan sonra vəziyyət düzələcək. Əgər dəyişiklik olmasa, karyeramızı düşünməyə məcburuq.
– Yalnız maddi durumu “İnter”dən yaxşı olan klubdan təklif olsa, komandadan ayrılacaqsan?
– Əlbəttə, təklif edən komanda bu vəziyyətdə olsa, ayrılmağın nə mənası var. Belə bir məsəl var, “kənddə birinci olmaq, şəhərdə axırıncı olmaqdan yaxşıdı”.
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Dünya futbolu2024-04-22 14:31

Məşhur yapon Kurtua ilə bir yerdə oyun izlədi

blank
Digər idman növləri2024-04-22 14:17

Rıbakinanın uğuruna Tokayev də biganə qalmadı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm