Premyer-liqa
"Sumqayıt"ın zədəlisi qayıtdı
Topaz Premyer Liqasının növbəti turunda AZAL-ın qonağı olac…
Topaz Premyer Liqasının növbəti turunda AZAL-ın qonağı olacaq "Sumqayıt" hazırlığını davam etdirir. Futbolinfo.az xəbər verir ki, bu səbəbdən Samir Abasovun rəhbərlik etdiyi komanda "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb.
Zədə səbəbindən son oyunda iştirak edə bilməyən Amit Quluzadə artıq tam sağalaraq, əsas kollektivə qoşulub. Bugünkü məşqdə yalnız Aleksandr Çertoqanov yüngül zədəsi olduğu üçün fərdi məşqlərlə kifayətlənib.
Qeyd edək ki, AZAL – "Sumqayıt" oyunu noyabrın 28-də "AZAL Arena"da baş tutacaq. Qarşılaşma saat 14:30-da start götürəcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?