Ölkə futbolu
“Xəzər Lənkəran” dağılır: 3 futbolçu da getdi
Tarixinin ən ağır günlərini yaşayan “Xəzər Lənkəra…
Tarixinin ən ağır günlərini yaşayan “Xəzər Lənkəran”da yarpaq tökümü başlanıb. Futbolinfo.az xəbər verir ki, artıq aparıcı oyunçuları da komandanı tərk edir.
Artıq müdafiəçi Rasim Ramaldanov cənub təmsilçisi ilə yollarını ayırıb. Bu haqda sözügedən klubun azarkeşlərlə əlaqələndiricisi Elman Tağıyev öz “Facebook” profilində yazıb. Tağıyev həmçinin statusunda futbolçunun vida sözlərinə də yer verib: "Heç kim istəməzdi, belə olsun. Amma vəziyyət belə alındı, təəssüflər. Hamınız yaxınsız mənə, hamınıza ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Sağ olun, var olun. Bu günə kimi kədərimiz də, sevincimiz də bir olub. Hər birinizə uğurlar”.
Bundan başqa, əldə etdiyimiz məlumata görə, sabah “Zirə” ilə görüşdən sonra Tural Cəlilov, gələn həftə isə Adrian Skarlatake klubu tərk edəcək. Bütün bu ayrılıqlara səbəb isə çox güman ki, komandada olan maliyyə problemləridi. Belə ki, futbolçulara dünənə pul söz verilsə də, yenə rəhbərlik yalançı çıxıb.
Bu “üçlük”dən fərqli olaraq, Sadio Tounkara və kapitan Rahid Əmirquliyev hələ bir müddət də gözləməyi lazım bilib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?