Dünya futbolu
İngilislər Messini "Barselona"dan qoparmağa çalışır
İngiltərənin “Mançester Siti” klubu “Barse…
İngiltərənin “Mançester Siti” klubu “Barselona”nın ulduz futbolçusu Lionel Messini heyətinə qatmaq istəyir. Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı İngiltərənin “The Sun” qəzeti yayıb.
Mənbənin iddiasına görə, artıq tərəflər arasında ilk görüş də baş tutub. İngilislər argentinalı hücumçuya həftəlik 800 min funt-sterliq məvacib təklif ediblər. Hazırda Kataloniya təmsilçisində həftəyə 500 min funt-sterlinq qazanan Messi pirineylilərlə müqaviləsi 2 il sonra başa çatacaq. Mənbənin iddialarına görə son vaxtlar İspaniyada vergidən yayınmaya görə problemlər yaşayan futbolçu mövsüm sonunda “Barselona”dan ayrılıb, Britaniyaya üz tuta bilər.
Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi “Barselona”nın yetirməsidi və 2003-cü ildən ispan klubunun heyətində çıxış edir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?