Dünya futbolu
Prezident sıxıldığı üçün oyunu yarımçıq dayandırdı
Mavritaniya çempionatında qeyri-adi hadisə yaşanıb. Futboli…
Mavritaniya çempionatında qeyri-adi hadisə yaşanıb. Futbolinfo.az xəbər verir ki, ölkə Superkubokunun finalında gözlənilməz qərar qəbul edilib.
Xarici KİV-lərin yazdığına görə, oyunun ikinci hissəsində, komandaların hesabları bərabər olduğu bir vaxtda gözlənilmədən hakim fiti səsləndirərək, matçın bitdiyini bildirib. Daha sonra məlum olur ki, bu tapşırıq ölkə prezidentindən gəlib.
Belə ki, noyabrın 28-də Mavritaniyanın müstəqillik günündə ölkədə daha vacib tədbirlər planlaşdırıldığı üçün prezident Məhəmməd Uld Əbdüləzizin oyunu sona qədər izləməyə səbri çatmayıb. Beləliklə, qalibin kim olacağını bilmək üçün hərbi çevriliş edərək 2009-cu ildən prezidentlik postunu ələ keçirən Əbdüləzizin oyunun dayandırılmasını və penaltilər mərhələsinə keçməyi əmr edib və superkubokun qalibi bu yolla müəyyənləşib. Lakin yerli Futbol Federasiyası bu iddiaları təkzib edib və bunun, hər iki komanda prezidentləri və məşqçilərinin birgə qərarı olduğunu açıqlayıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?