Ölkə kuboku
Yunis Hüseynov: "Bu bizim üçün stimul olacaqdı"
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veri…
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, "Xəzər Lənkəran" doğma meydanda digər Premyer Liqa təmsilçisi "Kəpəz"i 1:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.
Lənkəran klubunun mərkəzi stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Yunis Hüseynov qələbəni belə şərh edib:
“Gərgin oyun alındı. Qələbə qazanmağı çox istəyirdik. Kubokda qazanacağımız uğur bizim üçün stimul olacaqdı. Futbolçuları təbrik edirəm, 90 dəqiqə mübarizə apardılar. Bu gün gənc futbolçuların hesabına oynadıq, zədəli oyunçularımız çoxdur. Bəli, biz oyun baxımından çox yaxşı işlər görmədik, amma döyüşdük”.
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev isə məğlubiyyətlə bağlı bu sözləri deyib: “Oyun gərgin keçdi, meydançada mübarizə var idi. Daha çox istəkli olan qələbə qazandı. Sanki, oyunun əvvəlində bizdə müəyyən rahatlıq vardı. Düzdür, oyundan öncə futbolçularla bu barədə danışmışdım, amma, təəssüf ki, yenə həmin arxayınlıq yarandı. Düzdür, oyunu demək olar ki, hücumda keçirdik. Amma nəticədə biz məğlub olduq və bundan sonra bütün gücümüzü çempionata qoyacağıq. “Xəzər Lənkəran”ı təbrik edirəm. Durumları yaxşı olmasa da, yaxşı futbol oynayıb qələbə qazandılar”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç