Milli komanda
Millimiz qələbə ilə başladı
Futzal üzrə dünya çempionatının seçmə mər…
Futzal üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilk oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərindəki Dvorana Gradski VRT idman kompleksində İsveç millisi ilə qarşılaşan komandamız 8:2 hesabı ilə qələbə qazanıb.
Yığmamızın heyətində Eduardo Mello Borges het-trik, Vitali Borisov isə dubl edib. Hərəyə 1 dəfə Vieira Da Silva Augusto Cesar, Amadeu Fernandes da Silva və Fineo de Araujo fərqlənb.
Xəzər dənizindəki “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəzada faciəli şəkildə dünyasını dəyişmiş şəxslərin xatirəsini yad etmək məqsədilə millimizin üzvləri meydançaya qara sarğı ilə çıxıblar.
Tino Perezin yetirmələri növbəti oyununu dekabrın 11-də, Bakı vaxtı ilə saat 20:30-da Belarus yığmasına qarşı keçirəcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq