Ölkə futbolu
"Qəbələ" üçün daha bir sınaqçı rəqib
“Qəbələ”nin qış hazırlıq planı müəyyənlə…
“Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının XVIII turunun sabah keçiriləcək “Qarabağ”la oyunundan sonra “qırmızı-qaralar” istirahətə buraxılacaq.
2016-cı il yanvarın 10-da bir araya gələcək komanda təlim-məşq toplanışı keçirmək üçün Türkiyəyə yollanacaq. “Qəbələ”nin legioner futbolçuları da komandaya Antalyada qoşulacaq. Roman Qriqorçukun yetirmələri yanvarın 10-dan 27-dək qonşu ölkədə hazırlıq keçəcək. Komanda hazırlıq müddətində Belek bölgəsində “Gloria Sereniti” otelində məskunlaşacaq.
“Qırmızı-qaralar”ın toplanış zamanı 4 yoxlama oyununa çıxması planlaşdırılıb. Bu qarşılaşmalar ayın 16-da, 20-də, 23-də və 24-də baş tutacaq. Artıq bu matçlardan birindəki sınaqçı rəqib dəqiqləşib. “Qəbələ” yanvarın 20-də keçirəcəyi ikinci yoxlama oyununda İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, Bolqarıstan mətbuatı bir neçə gün əvvəl məlumat yayaraq, yerli “Levski” klubunun təmsilçimiz "Qəbələ" ilə Antalyada yoxlama matçı keçirəcəyini yazmışdı.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…