Ölkə futbolu
"Neftçi" dəyişikliyi lazım bilmədi
Dünən “Neftçi”nin Müşahidə Şurasın…
Dünən “Neftçi”nin Müşahidə Şurasının növbəti iclası keçirilib. Futbolinfo.az saytının klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:
1. İcraçı direktor Elnur Məmmədova “Neftçi”nin xərclərini mövcud iqtisadi duruma uyğun olaraq optimallaşdırması tapşırılıb.
2. “Neftçi”nin əsas komandasının baş məşqçi funksiyasının icrasını Əsgər Abdullayevin davam etdirməsinə qərar verilib.
Qeyd edək ki, Samir Əliyevin istefasından sonra komandanın baş məşqçi vəzifəsi ilin sonuna qədər Əsgər Abdullayevə həvalə olunub. Son vaxtlar onun əcnəbi çalışdırıcı ilə əvəzlənəcəyi deyilir, hətta bu posta namizədlərin də adları çəkilirdi. Ancaq məlum devalvasiyadan sonra klubun maddi durumunun pisləşməsi üzündən rəhbərlik dəyişikliyə getməmək qərarı alıb. Beləliklə şura sədri Çingiz Abdullayevin də dəfələrlə “əcnəbi gətirəcəyik” deməsinə baxmayaraq, “Neftçi” bu tədbirə qatılmayan Əsgər bəyə həvalə olunub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”