Ölkə futbolu
Klublar Komitəsinin iclası necə başladı?
AFFA Klublar Komitəsinin (KK) ilin son iclası üçün …
AFFA Klublar Komitəsinin (KK) ilin son iclası üçün bir araya gəlib. Futbolinfo.az xəbər verir ki, bu gün saat 11:00-da “Boulevard Hotel Baku”də start götürən tədbirdə Premyer Liqa klublarının hamısı təmsil olunmur.
"Xəzər Lənkəran"ın vitse-prezidenti, həm də KK-nın sədri Tuyqun Nadirovun sədrlik etdiyi toplantıya "Qarabağ"dan heç kim qatılmayıb. Lakin "İnter"in yeni prezidenti Rəşad Qasımov iclasa gələnlər arasındadır. Digər iştirakçılar sırasında Fariz Nəcəfov ("Qəbələ"), Elnur Məmmədov ("Neftçi"), İlqar Axundov ("Rəvan"), Vüqar Aslanov ("Zirə"), Kamran Quliyev ("Sumqayıt"), Fikrət Hüseynov (AZAL), Mehman Allahverdiyev ("Kəpəz") və Rəşad Qasımov ("İnter") yer alıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Ölkə futbolu2024-04-29 14:17
II Liqada 23-cü turun təyinatları müəyyənləşdi