Ölkə futbolu
Muarem: "Qarabağ" məni yenidən qaytarmaq istəsə…"
Türkiyənin “Əskişəhərspor” klubundan ayrılan ma…
Türkiyənin “Əskişəhərspor” klubundan ayrılan makedoniyalı yarımmüdafiəçi Muarem Muaremin yenidən “Qarabağ”a dönə biləcəyi deyilsə də, bu məsələ hələ də müəmmalı olaraq qalır. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının son turunda “Qəbələ” ilə oyundan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov Muarem haqqında danışaraq onun komandasında görməyə şad olacağını bildirmişdi.
Lakin saytımıza açıqlama verən makedoniyalı futbolçu hələlik heç bir klubdan təklif almadığını bildirib: “Heç bir klubdan təklif almamışam. Sadəcə Qurban Qurbanovun mənim haqqımda danışdığını bilirəm. Onsuz da, “Qarabağ” məni yenidən qaytarmaq istəsə, bunu biləcəksiniz. Hazırda vətənimdəyəm, dincəlirəm. Gözləyək görək nə olur?”
Qeyd edək ki, Muarem ötən mövsümün sonunda "Qarabağ"dan ayrılaraq, Superliqa klubuna keçmişdi.