Dünya futbolu
Rusiyalı nazir Blatterə niyə qanad sərdi?
Rusiyanın İdman Naziri, FİFA İcraiyyə Komitəsinin üzvü…
Rusiyanın İdman Naziri, FİFA İcraiyyə Komitəsinin üzvü Vitali Mutko ali futbol qurumunda son aylar baş verən hadisələrdən baş açmadığını bildirib. Futblinfo.az xəbər verir ki, o, FİFA-nın tədbirlərinə baş çəkərkən, hətta suvenir kimi qələm götürməkdən belə, çəkindiyini söyləyin.
Mutko FİFA-dan 8 illik müddətə kənarlaşdırılan Yozef Blatterə qanad sərməyə çalışıb: “FİFA-nı korrupsiyaya bulaşan qurum kimi təqdim etmək istəyirlər. Ancaq bu, həqiqəti əks etdirmir. FİFA-nın istənilən qərarını İcraiyyə Komitəsi verir. İkinci belə bir qurum adı çəkin ki, rəhbərini 8 illiyə kənarlaşdırır? Çox qəribə tendensiya müşahidə olunur. İcraiyyə Komitəsinin iclasına gəlirəm və Cənubi Amerikadan olan üzvü 2-ci dəfə həbs edirlər.
Bu insanlarla heç tanış olmağa imkan tapmırıq. Beynəlxalq tədbirlərdə qələm, mayka və s. kimi suvenirləri də götürmürəm. Sonra nədəsə günahlandırarlar. Anlaya bilmirəm, nəyə görə həyatının 40 ilini FİFA-ya həsr edən Blatter belə qərara məruz qalır? Adam dəli ola bilər. İsveçrə qanunvericiliyində azadlıqdan 8 illik məhrumetmə yoxdu. Amma onu futboldan 8 illiyinə kənarlaşdırıblar. Buna məyus oluram”.
Nəzərə alsaq ki, Rusiyanın dünya çempionatı-2018-i rüşvət hesabına almasıyla bağlı bütün dünya bar-bar bağırır, Mutkonun “quyruğunun qapı arasında” olduğuna görə bu cür sərsəm açıqlama verməsinin səbəbi aydın olur.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?