Bizi izləyin

Ölkə futbolu

İkibaşlı müqavilələr: vergidən yayınıb klubun toruna düşürlər

Ölkə futbolu olmayan iqtisadiyyatımızın bir qoludu. Neftin qi…

blank
Ölkə futbolu olmayan iqtisadiyyatımızın bir qoludu. Neftin qiymətinin ucuzlaşması ölkəni iflic vəziyyətinə gətirməklə, qeyri-neft sektorunun heç bir sahəsinin bu məmləkətdə inkişaf etməməsini bir göz qırpımında ortaya qoydu.
 
Əlbəttə ki, dünyanın bizə aidiyyatı yoxdu və kainatdan fərqli olaraq, Azərbaycan klublarının saldosu mənfidi. Nə bilet satışı var, nə teleyayım gəliri (CBC-nin 700 minlik söhbətinin klublara heç bir dəxli yoxdu!), nə atributika satışı, nə də reklam müqavilələri.
 
Bəs, günü-gündən qara gələn günlərdə futbolçuların vəziyyətləri necədi? Sən demə, hüquqi müstəvidə onların hüquqları yoxdu.
 
Topaz Premyer Liqasının əksər klubları (bəzi istisnalar var və bu cür klubları üzə çıxarıb, digərlərini də bu yolu tutmağa məcbur edəcəyik – müəl.) futbolçularla 2 növ müqavilə imzalayır: biri notariusdan keçirilir, digərinə isə əksər hallarda heç möhür də vurulmur. Notarial qaydada qeydiyyatdan keçən müqavilədə göstərilən məbləğ həqiqətdən 10, 15, bəzi hallarda  20 dəfə aşağı olur. Bunu yerlilərlə də edirlər, legionerlərlə də. Öz aralarında isə centlmen razılığı olur ki, maaş möhürsüz müqaviləyə uyğun veriləcək.
 
“Xəzər Lənkəran” kimi futbolçuları aldadanlar legionerlərlə problem yaşasalar da, yerlilərin səsi çıxmır. Çünki əcnəbilərin FİFA-ya şikayət etmək hüquqları olduğu halda yerli oyunçular bu məsələylə bağlı ilk növbədə ancaq AFFA-ya üz tuta bilərlər.
 
Ortaya sual çıxır ki, futbolçularımız nəyə görə ikibaşlı müqaviləyə imza atırlar? Səbəb üzdədi: nə kluba, nə də futbolçuya əsl məbləği göstərmək sərf eləmir. Çünki belədə, gəlir vergisi ödəməli olursan. Ancaq nəzərə alsaq ki, Azərbaycan klublarının nəinki günümüzdə, futbola baxış bucağı dəyişməsə, kainat nə qədər olacaqsa, heç vaxt gəlirləri olmayacaq, bu vəsaitin oyunçu tərəfdən ödəniləcəyi aydın olur. Şərti olaraq, mövsüm ərzində 300 min alan futbolçu bunun 54 minini gəlir vergisi kimi ödəməlidi. Nəfs axmaq dostdu. Bax, bu vergini ödəməmək üçün oyunçular klubun tələsinə düşür.
 
Ancaq məsələnin digər tərəfi də var. Necə olur ki, FİFA möhürsüz müqavilələri gördükdə futbolçuya haqq qazandırır, AFFA isə klublara? Bu suala aydınlıq gətirmək üçün AFFA-nın hüquqşünası Rəmiş Malıyevə müraciət etdik. Həmsöhbətimiz “pərdəni maksimum dərəcədə qaldırmağa” cəhd etdi: “İkibaşlı müqavilələrin olması heç kimə sirr deyil. Ancaq buna baxmayaraq, son mövsümədək klub-futbolçu qarşıdurması demək olar ki, yaşanmayıb. Ancaq cari mövsümdə ölkədəki maliyyə vəziyyətinin bir qədər korlanması, müəyyən problemləri ortaya çıxarıb. Bəli, FİFA bu cür mübahisəli vəziyyətlər yarananda klubun deyil, futbolçunun haqlı olduğunu bildirir. Diqqətinizə iki məqamı çatdırım. Cəzalandırdığı klubun aqibəti FİFA-nın vecinə də deyil. Onlar qərarı verirlər, yerinə yetirilməsə, sanksiya tətbiq edirlər. Biz isə məsələyə daha həssas yanaşmalıyıq. Ölkədə onsuz da klublarımızın sayı məhduddu. Maksimum dərəcədə kompromis yollar axtarıb tapmağa çalışmalıyıq”.
 
Malıyevin üstüörtülü toxunduğu məqam bundan ibarətdi ki, klubların fırıldağa əl atdıqlarını bilsələr də, heç bir gəlir gətirməyən bu sahəyə pul yatıran şəxsləri incitmək istəmirlər. Çünki hansısa klub fəaliyyətini dayandırsa, onun əvəzinə yenisini tapmaq olduqca müşkül məsələdi. Ancaq onda ortaya belə bir məqam çıxır: 300 minlik “qara” müqaviləyə məhəl qoymayan klub “ağ” anlaşmadakı illik 20 mini verib, futbolçularına “xoş getdin” deyə bilər. Hüquqşünas bu fikirlə razılaşmadı: “Yox, yox, biz də “qara” müqaviləni tanımağa hazırıq. Ancaq gəlin görək bundan sonra hadisələr hansı məcrada davam edəcək? Klubun imkanı olsaydı, məsələnin şişirdilməsinə şərait yaratmazdı. Maksimum gücümüz futbolçunun haqlı olduğunu təsdiqləməkdi. Bəs sonra? Pul yoxdusa, futbolçuya çatacaq məbləğ hardan veriləcək? Əlbəttə, borc ödənilmədiyi təqdirdə məsələni kökündən kəsmək olar: kluba qarşı sanksiya tətbiq etməklə. Deyək ki, bütün mövcud klublarımıza qarşı sanksiya tətbiq etdik və hamısı ləğv olundu. Onda problemlərin hüquqi müstəvidə həlli üçün nə biz lazım olacağıq, nə də futbol həyatını işıqlandırmaq üçün siz – jurnalistlər”.
 
Buna baxmayaraq, sonda məmur vəziyyətin şəffaflaşması üçün ilk növbədə futbolçuların daha tələbkar olmalarını istədi: “Cari mövsüm bir dəfə də olsun bizə yazılı şikayət gəlməyib. Hansısa futbolçu şifahi şikayət edir. Biz məsələni araşdıranadək özləri klubla ortaq məxrəcə gəlib, halallaşırlar”.
 
Ölkə futbolu, olmayan iqtisadiyyatımızın bir qoludu. Neftin qiymətinin ucuzlaşması ölkəni iflic vəziyyətinə gətirməklə, qeyri-neft sektorunun heç bir sahəsinin bu məmləkətdə inkişaf etməməsini bir göz qırpımında ortaya qoydu. Əlbəttə ki, dünyanın bizə aidiyyatı yoxdu və kainatdan fərqli olaraq, Azərbaycan klublarının saldosu mənfidi. Özü də elə-belə mənfi yox… imzaladıqları ikibaşlı müqavilələr kimi.
 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm